Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2449

Kanadada yaşayan azərbaycanlı silah ustası əl işlərini Milli Xalça Muzeyinə hədiyyə edib

Kanadada yaşayan soydaşımız, tanınmış silah ustası Emin Məmmədov iki qiymətli əl işini Azərbaycan Milli Xalça Muzeyinə bağışlayıb. İyunun 24-də muzeydə məşhur silahsazın hədiyyə etdiyi xəncərlərin təqdimatı keçirildi. Mərasim 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuşdu.

Tədbiri giriş sözü ilə açan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova təqdim olunan nümunələrlə bağlı məlumat verdi. Bildirdi ki, Azərbaycanın ənənəvi bədii silah işi ustası Emin Məmmədovun muzeyə hədiyyə etdiyi xəncərlərdən biri Şamaxı silahsazlıq ənənələri əsasında hazırlanıb. Xəncərin qını böyük maraq doğurur. Onun yuxarısında ibadət edən zadəgan kişi, aşağı hissəsində isə milli geyimli bəy və gəlin, həmçinin zəngin nəbati naxışlar həkk olunub. Xəncərin tiyəsinin hər iki üzündə bir ədəd oxluq var. Burada kətəbələrin içərisində ərəb əlifbası ilə xəncər ustasının adı – “Emin Məmmədov” və “Azərbaycan” sözləri həkk olunub.

İkinci xəncərin bədii quruluşu isə Qacar dövrünün silahları üçün xarakterikdir. Onun qını və dəstəyi gümüşlə inkrustasiya olunub, zərif buta və digər nəbati naxışlarla bəzədilib. Xəncərin tiyəsinin hər iki üzündə üç ədəd oxluq var. Burada zərvərəqlə ərəb əlifbası ilə “Allah türkləri qorusun” kəlməsi, kətəbələrin içərisində xəncər ustasının adı və “Azərbaycan” yazısı həkk olunub.

Muzeyin direktoru vurğuladı ki, hər iki xəncərin hazırlanmasında Dəməşq (Suriya) poladı, qızıl inkrustasiya, buynuz sümüyü və s. materiallardan istifadə edilib. Müasir dövrdə qədim sənət ənənələrimizin yaşadığını sübut edən bu dəyərli əsərlər muzeyin “Bədii metal” kolleksiyasına daxil edilib və daimi ekspozisiyada öz yerini tutur.

Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani Silahlı Qüvvələr Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Bildirdi ki, bu il Silahlı Qüvvələr Günü daha yüksək əhval-ruhiyyədə qeyd olunur: “Çünki Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 gün davam edən Vətən müharibəsində doğma Qarabağımızı düşməndən təmizlədi və düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi”.

Sonra müğənni, Əməkdar artist Cahangir Qurbanov “Qələbəyə gedən yollar” mahnısını ifa etdi.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Telman İbrahimov çıxışında silahsazlığın qədim sənət növü olduğunu bildirdi. Söylədi ki, vaxtilə döyüşlərdə 50-60 minlik ordu vuruşurdu. Bu savaşlarda döyüşçüləri silahlarla məhz silahsaz ustalar təchiz edirdi.

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov xəncərlərin Azərbaycan Milli Xalça Muzeyində sərgilənməsini yüksək qiymətləndirdi. Qeyd etdi ki, bizlər bu cür silah növlərini qoruyub gələcək nəsillərə çatdırmalıyıq.

Daha sonra Emin Məmmədovun qızı Aysel Məmmədova çıxış edərək göstərilən diqqətə görə tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

Sonda muzeyə təqdim olunan xəncərlərə baxış keçirildi.

Mərasimdə Pakistan və Mərakeşin ölkəmizdəki səfirləri Bilal Haye və Məhəmməd Adil Embarş, İranın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcan, “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin – Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) rəhbəri İrek Zinnurov, mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.

Qeyd edək ki, silahsaz Emin Məmmədov Kanadada yaşayıb fəaliyyət göstərsə də, Azərbaycanın bu qədim sənət ənənələrini davam etdirir. O həm bu qəbildən sənətkarlıq nümunələri hazırlayır, həm də tədqiqatı və təbliğatı ilə məşğul olur. Sənətkar eyni zamanda Aleksandr Voloviklə birlikdə nəfis tərtibatı və məlumatların zənginliyi ilə maraq doğuran “The Azerbaijan Armourer’s Art” (“Azərbaycan silah sənəti”) kitabının müəllifidir. Emin Məmmədov UNESCO tərəfindən bu ilin aprel ayında Parisdə təşkil olunan “Sülh üçün mədəniyyət” (Culture for Peace) müsabiqəsində birinci yerə layiq görülüb.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb