Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1101

“Biz” tarixi-sənədli filminin təqdimat mərasimi keçirildi

Ordu-xalq birliyinin ekran təcəssümü.

İyunun 26-da – Azərbaycan Silahlı Qüvvələri Günündə Heydər Əliyev Sarayında “Biz” tarixi-sənədli filminin təqdimat mərasimi keçirildi. Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzinin C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası ilə birgə istehsal etdiyi ekran əsəri Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı Zəfərinə həsr olunub.

Filmin premyerasında Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın başçılıq etdiyi nümayəndə heyəti, Müdafiə Nazirliyinin müxtəlif qoşun növlərini təmsil edən hərbçilər, o cümlədən Türkiyə, Rusiya və Avropanın aparıcı kino mütəxəssisləri iştirak edirdilər.

İlk olaraq torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan mədəniyyət naziri Anar Kərimov Silahlı Qüvvələr Günü münasibətilə əsgər və zabitlərimizi təbrik etdi. Bildirdi ki, ölkəmiz tarixinin ən gözəl günlərini yaşayır: “Buna görə də Ali Baş Komandan İlham Əliyev başda olmaqla qüdrətli Ordumuza təşəkkür edirəm. Vətən müharibəsində Ordumuzun göstərdiyi qəhrəmanlıqları gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur. Bu gün Şuşamızda bayram keçiririk, işğaldan azad olunmuş şəhərlərimizdə quruculuq işləri aparılır. 44 günlük Vətən müharibəsində qardaş Türkiyə daim bizlərin yanında oldu, həm mənəvi, həm siyasi, həm də informasiya dəstəyi göstərdi. Bir daha bu dəstəyə görə qardaş Türkiyə Respublikasına təşəkkürümü bildirirəm. Bundan sonra bu qardaşlıq daha da möhkəmlənəcək. Hamı bilməlidir ki, artıq iki qardaş dövlətin əməkdaşlığı Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyəyə – müttəfiqliyə çatıb”.

Anar Kərimov qeyd etdi ki, döyüş meydanın savaşımız bitsə də, diplomatik səviyyədə və mədəniyyət sahəsində mübarizəmiz hələ davam edir: “Biz bu savaşda da qalib gəlməliyik. Mədəniyyət sahəsində də gücümüzü, qardaşlığımızı bütün dünyaya elan etməliyik”.

Nazir çıxışının sonunda filmin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Bakı Media Mərkəzinə minnətdarlığını bildirdi.

Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan ilk olaraq Silahlı Qüvvələr Günü münasibətilə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoyun təbriklərini çatdırdı. Bildirdi ki, Türkiyə həmişə olduğu kimi, bu gün də qardaş Azərbaycanın yanındadır: “Türkiyənin tanınmış şairi Namiq Kamal “Vətən mahnısı” şeirində belə deyirdi: “Əcdadımızın heybəti mərufi-cahandır, Fitrət dəyişir sanma, bu qan yenə o qandır!”. Biz bundan sonra Qarabağ Zəfəri şeirini yazacağıq ki, oxunsun, musiqisini ifa edəcəyik ki, dinlənilsin, filmini çəkəcəyik ki, izlənilsin. Bu sadaladıqlarım ən az Zəfər qədər önəmlidir. Belə ki, Qələbəni ordular qazanır, ancaq bütün zəfərləri mədəniyyət, sənət, şeir və şüur yaşadır. Yaşasın əsgərlərimiz, şeirlərimiz, birliyimiz.

Şanlı Vətən, Şanlı Vətən,

Azərbaycan, Azərbaycan, Azərbaycan!”.

Qardaş Azərbaycana əmin-amanlıq və firavanlıq arzulayıram”.

Daha sonra “Biz” filminin yaradıcı heyəti səhnəyə dəvət olundu. Filmin ideya müəllifi və rejissoru, Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyev ekran əsəri haqqında məlumat verdi. Qeyd etdi ki, filmdə Vətən müharibəsi dövründə müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmancasına ön cəbhədə döyüşən Azərbaycan əsgəri ilə yanaşı, arxa cəbhədə onu dəstəkləyən vətənpərvər sadə vətəndaşların da ümumi Qələbədə oynadığı rol göstərilir: “Həm əsgərlərimiz, həm də sadə vətəndaşların müharibə dövründə keçirdiyi mənəvi-psixoloji ruh yüksəkliyi, ortaya çıxan yeni müsbət cizgilər və ən əsası hər bir azərbaycanlının Qələbəyə sona qədər inam bəsləməsi filmdə öz əksini tapıb. Filmdə eyni zamanda müharibə dövründə fenomenə çevrilən, videosu və fotosu ən çox paylaşılan, ən çox müzakirə olunan sadə insanların müsahibələrinə də yer verilib. Müharibədə baş verən taleyüklü hadisələri məhz onlar və həmin anın şahidləri danışırlar”.

Filmin adına da diqqət çəkən Orman Əliyev söylədi ki, Azərbaycan Ordusu Vətən müharibəsində qalib gəlməklə öz gücünü və imkanlarını bütün dünyaya nümayiş etdirdi. Bu həm də Azərbaycan insanının – yəni bizlərin gücü idi. Hər bir azərbaycanlı mən yox, məhz “biz” deyərək ümumi Qələbədə öz tarixi rolunu oynadı.

Sonda “Biz” tarixi-sənədli filmi nümayiş olundu.

Qeyd edək ki, filmin prodüseri C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Fariz Əhmədov, operatorları Əli Əliyev, Ziya Babayev, səs rejissoru Azad Vəliyev, redaktorları Ayaz Mirzəyev və İlham Bərxudar, montajçısı isə Əsgər Rəhimovdur.

XƏBƏRLƏR

24.09.2021 18:28
Tarixi mənbə və nümunələr əsasında hazırlanan milli geyimlərə baxış keçirilib
24.09.2021 16:29
“Üzeyir Hacıbəyliyə ithaf” beynəlxalq müsabiqəsinin yekun konserti keçirilib
24.09.2021 14:01
Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı ilə bağlı Mədəniyyət Nazirliyinin məlumatı
24.09.2021 11:53
Ağdamda konsert təşkil olunub
23.09.2021 16:43
“Üzeyir sənətinin gənclik sədaları” layihəsinin növbəti konserti baş tutub
23.09.2021 14:24
Gəncədə milli-xalq musiqi axşamı keçirilib
23.09.2021 12:57
VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası “Baku International Book Fair 2021” keçiriləcək
23.09.2021 11:04
XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində simfonik musiqisi axşamı keçirilib
22.09.2021 15:09
“Üzeyir Hacıbəyli və Müslüm Maqomayev” mövzusunda elmi konfrans keçirilib
22.09.2021 12:05
XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində kamera musiqisi axşamı keçirilib
21.09.2021 17:19
“Milli musiqi xəzinəmizdən” layihəsinin təqdimatı keçirilib
21.09.2021 11:42
Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalının üçüncü günü kamera musiqisinə həsr olundu
21.09.2021 11:32
Mədəniyyət Nazirliyi "İslam irsimizi tanıyaq” layihəsi çərçivəsində təqdim edir: Şamaxı Cümə məscidi
20.09.2021 15:29
Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib
20.09.2021 13:46
Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Balet, ömrüm mənim” filmi nümayiş olunub
20.09.2021 11:39
Şuşada ilk dəfə Milli Musiqi Günü keçirilib
20.09.2021 11:30
“Üzeyir Hacıbəyli ənənələrinə sadiq qalaraq musiqimizi inkişaf etdirməliyik”
20.09.2021 11:24
Milli Konservatoriyada musiqi bayramı qeyd edildi
20.09.2021 10:44
Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin məzarı önündə mərasim keçirildi
17.09.2021 19:12
Anar Kərimov Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
17.09.2021 17:27
Mədəniyyət naziri Anar Kərimov Macarıstanın xarici işlər naziri ilə görüşüb
17.09.2021 14:52
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Gənc teatr prodüserləri üçün laboratoriya”ya qəbul elan edir
17.09.2021 14:05
Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti TÜRKSOY-un Daimi Şurasının 38-ci iclasında iştirak edib
17.09.2021 12:24
Ukraynada Azərbaycan diaspor nümayəndələri ilə görüş keçirildi
16.09.2021 17:25
Mədəniyyət naziri İCCROM-un icraçı direktoru ilə işğaldan azad olunmuş ərazilərdə abidələrin bərpasını müzakirə edib
16.09.2021 16:30
Anar Kərimov Özbəkistanda UNESCO Baş direktorunun müavini ilə görüşdü
16.09.2021 16:17
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin məlumatı
16.09.2021 14:43
Xarkovda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış mərasimi olub
16.09.2021 12:36
Ukraynanın Xarkov vilayəti Azərbaycanla mədəni əməkdaşlığı genişləndirmək istəyir
16.09.2021 10:49
Mədəniyyət naziri Anar Kərimov Özbəkistanda bir sıra görüşlər keçirib
15.09.2021 19:41
Mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyəti Özbəkistanda səfərdədir
15.09.2021 17:14
TİKA-nın Bakı üzrə yeni koordinatoru Fatih Yılmaz ilə görüş keçirilib
14.09.2021 15:20
Mədəniyyət naziri Dinlərarası Dialoq Forumu çərçivəsində “Təhsil və Dini müxtəliflik” mövzusunda keçirilən sessiyada çıxış edib
13.09.2021 17:25
Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı
13.09.2021 15:50
Mədəniyyət naziri Bolonyada İCESCO-nun baş direktoru ilə görüşüb