Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1105

Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfəri davam edir

Xəbər  verdiyimiz kimi Azərbaycanın mədəniyyət naziri Anar Kərimov  Gürcüstanda səfərdədir. Nazir səfər çərçivəsində Tbilisidə görkəmli azərbaycanlı ədib Cəlil Məmmədquluzadənin ev muzeyini ziyarət edib, muzeyin hazırkı vəziyyəti ilə tanış olub. 

Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov nazirə məlumat verərək deyib ki, muzey 1998-ci ildən fəaliyyət göstərir. Muzeyin yerləşdiyi ikimərtəbəli binada 10  ailə yaşayır.

 Muzey binasının möhkəmləndirilməsi, bərpası, təmiri və bədii tərtibatı ilə bağlı müzakirələr aparılıb. Anar Kərimov muzeyin bərpası, eksponatların yenilənməsi məsələsinin diqqət mərkəzində saxlanılacağını bildirib.

Sonra nazir Anar Kərimov görkəmli dövlət xadimi, ədib və həkim Nəriman Nərimanovun Tbilisidəki ev-muzeyində olub.  Nazirə muzeyin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Anar Kərimov Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyini də ziyarət edib.

Mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisidəki Botanika bağında Görkəmli Azərbaycanlıların Panteonunu da ziyarət ediblər, məzarlar üzərinə gül dəstələri qoyublar.

***

Səfər çərçivəsində mədəniyyət naziri Anar Kərimov iyulun 7-də Tbilsinin mərkəzindəki Gürcüstan Dövlət Muzeyində olub. 

Muzeyin baş direktoru David Lordkipanidze muzeyin tarixi, burada saxlanılan eksponatlar barədə  Azərbaycanın mədəniyyət nazirinə ətraflı məlumat verib.

Bildirilib ki, ilk dəfə 1853-ci ildə "Qafqaz Muzeyi" kimi fəaliyyət göstərən muzeydə xeyli sayda eksponat saxlanılır. 

1905-ci ildə tikintisinə başlanılan müasir muzey kompleksinin tikintisi xeyli müddət müxtəlif səbəblərdən dayandırılıb.

1926-cı ildə tikintisi başa çatan Gürcüstan Milli Muzeyinin nəzdində  14 muzey və kompleks fəaliyyət göstərir.

Bu gün Akademik Simon Canaşiya adına Gürcüstan Dövlət Muzeyində Azərbaycan mədəniyyətini, incəsənətini, qədim tarixini əks etdirən eksponatlar nümayiş etdirilir.

Nazir Anar Kərimov muzeylə tanış olub, Azərbaycan və Gürcüstanın dövlət və milli muzeyləri arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinin vacibliyini qeyd edib.

Bildirib ki, birgə əməkdaşlıq sayəsində qədim Qafqaz xalqlarının mədəniyyətini, incəsənətini dünyaya çatdırmaq olar.

Görüşlərdə Azərbaycanın Gürücstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər iştirak edib.

***

Gürcüstanda səfərdə olan mədəniyyət naziri Anar Kərimov Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına baş çəkib.

Nazir mədəniyyət ocağının yerləşdiyi binanın vəziyyəti və fəaliyyəti ilə tanış olub.

Bədii rəhbər kollektivin il ərzində 3-4 tamaşanı səhnələşdirdiyini, beynəlxalq teatr festivallarına qatıldıqlarını, mədəniyyət ocağına teatr sənətinə həvəsi olan azərbaycanlı gənclərin cəlb olunduğunu qeyd edib.

Anar Kərimov teatrın səhnələrinə, rekvizitlərin saxlanıldığı otaqlara baxış keçirib, truppa üzvləri ilə görüşüb.

Qonaqlara teatrın kiçik səhnəsində Əziz Nesinin “Öldür məni, sevgilim” əsəri əsasında hazırlanmaqda olan tamaşadan bir hissə təqdim olunub.

Nümayəndə heyəti daha sonra teatr üçün Azərbaycanın Gürcüstandakı səfirliyinin binası yaxınlığında, Qorgosali küçəsində Azərbaycan teatrı üçün yeni binanın inşa olunacağı əraziyə baş çəkib. Nazir “Socar Energy Georgia” şirkətinin dəstəyi ilə hazırlanan yeni tikilinin layihəsi ilə tanış olub. Məlumat verilib ki, inşaat işləri zamanı ərazidə yerləşən köhnə hamam binası da tarixi görkəminə uyğun bərpa olunacaq və məkanda sərgi zalları yaradılacaq.

Daha sonra nazir Anar Kərimov və səfir Faiq Quliyev dahi bəstəkar və müğənni, Xalq artisti Bülbülün büstünü ziyarət edib, gül dəstələri düzüblər.

A.Kərimovu Gürcüstanın mədəniyyət, gənclər və idman nazirinin birinci müavini Kaxa Sixarulidze, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və “Socar Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov müşayiət ediblər.

 

XƏBƏRLƏR

24.09.2021 18:28
Tarixi mənbə və nümunələr əsasında hazırlanan milli geyimlərə baxış keçirilib
24.09.2021 16:29
“Üzeyir Hacıbəyliyə ithaf” beynəlxalq müsabiqəsinin yekun konserti keçirilib
24.09.2021 14:01
Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı ilə bağlı Mədəniyyət Nazirliyinin məlumatı
24.09.2021 11:53
Ağdamda konsert təşkil olunub
23.09.2021 16:43
“Üzeyir sənətinin gənclik sədaları” layihəsinin növbəti konserti baş tutub
23.09.2021 14:24
Gəncədə milli-xalq musiqi axşamı keçirilib
23.09.2021 12:57
VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası “Baku International Book Fair 2021” keçiriləcək
23.09.2021 11:04
XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində simfonik musiqisi axşamı keçirilib
22.09.2021 15:09
“Üzeyir Hacıbəyli və Müslüm Maqomayev” mövzusunda elmi konfrans keçirilib
22.09.2021 12:05
XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində kamera musiqisi axşamı keçirilib
21.09.2021 17:19
“Milli musiqi xəzinəmizdən” layihəsinin təqdimatı keçirilib
21.09.2021 11:42
Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalının üçüncü günü kamera musiqisinə həsr olundu
21.09.2021 11:32
Mədəniyyət Nazirliyi "İslam irsimizi tanıyaq” layihəsi çərçivəsində təqdim edir: Şamaxı Cümə məscidi
20.09.2021 15:29
Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib
20.09.2021 13:46
Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Balet, ömrüm mənim” filmi nümayiş olunub
20.09.2021 11:39
Şuşada ilk dəfə Milli Musiqi Günü keçirilib
20.09.2021 11:30
“Üzeyir Hacıbəyli ənənələrinə sadiq qalaraq musiqimizi inkişaf etdirməliyik”
20.09.2021 11:24
Milli Konservatoriyada musiqi bayramı qeyd edildi
20.09.2021 10:44
Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin məzarı önündə mərasim keçirildi
17.09.2021 19:12
Anar Kərimov Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
17.09.2021 17:27
Mədəniyyət naziri Anar Kərimov Macarıstanın xarici işlər naziri ilə görüşüb
17.09.2021 14:52
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Gənc teatr prodüserləri üçün laboratoriya”ya qəbul elan edir
17.09.2021 14:05
Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti TÜRKSOY-un Daimi Şurasının 38-ci iclasında iştirak edib
17.09.2021 12:24
Ukraynada Azərbaycan diaspor nümayəndələri ilə görüş keçirildi
16.09.2021 17:25
Mədəniyyət naziri İCCROM-un icraçı direktoru ilə işğaldan azad olunmuş ərazilərdə abidələrin bərpasını müzakirə edib
16.09.2021 16:30
Anar Kərimov Özbəkistanda UNESCO Baş direktorunun müavini ilə görüşdü
16.09.2021 16:17
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin məlumatı
16.09.2021 14:43
Xarkovda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış mərasimi olub
16.09.2021 12:36
Ukraynanın Xarkov vilayəti Azərbaycanla mədəni əməkdaşlığı genişləndirmək istəyir
16.09.2021 10:49
Mədəniyyət naziri Anar Kərimov Özbəkistanda bir sıra görüşlər keçirib
15.09.2021 19:41
Mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyəti Özbəkistanda səfərdədir
15.09.2021 17:14
TİKA-nın Bakı üzrə yeni koordinatoru Fatih Yılmaz ilə görüş keçirilib
14.09.2021 15:20
Mədəniyyət naziri Dinlərarası Dialoq Forumu çərçivəsində “Təhsil və Dini müxtəliflik” mövzusunda keçirilən sessiyada çıxış edib
13.09.2021 17:25
Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı
13.09.2021 15:50
Mədəniyyət naziri Bolonyada İCESCO-nun baş direktoru ilə görüşüb