Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
882

“Üzeyir Hacıbəyli ənənələrinə sadiq qalaraq musiqimizi inkişaf etdirməliyik”

Sentyabrın 18-də Milli Musiqi Gününün əsas təntənəli tədbiri Bakı Musiqi Akademiyasının qarşısında – Üzeyir Hacıbəylinin heykəli önündə keçirildi.

Tədbirdə mədəniyyət naziri Anar Kərimov, nazirin birinci müavini Elnur Əliyev, nazir müavini Sevda Məmmədəliyeva, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak edirdilər.

Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirdi ki, ənənəyə sadiq qalaraq Milli Musiqi Gününü Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında da qeyd edirik: “Bu il Bakı Musiqi Akademiyasının yaradılmasının 100 ili tamam olur. Mən bu münasibətlə burada çalışan bütün kollektivi təbrik edirəm, onlara işlərində uğurlar arzulayıram”.

Nazir vurğuladı ki, ümummilli lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Builki Milli Musiqi Günü əvvəlki illərdəkindən fərqli keçirilir.44 günlük Vətən müharibəsində torpaqlarımız düşmən tapdağından azad olunub və Üzeyir bəyin əsərləri bu gün doğulduğu doğma Şuşa şəhərində səslənir.

Ulu öndər Heydər Əliyevin mədəniyyətimizə, musiqimizə göstərdiyi diqqət və qayğının Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyətimizin hamisi kimi müstəsna fəaliyyətini diqqətə çatdıran nazir bildirdi ki, məhz bunun nəticəsi olaraq Üzeyir Hacıbəylinin, onun əsərlərinin yubileyi UNESCO səviyyəsində qeyd edilib. 2009-cu ildən etibarən Heydər Əliyev Fondu Mədəniyyət Nazirliyi ilə birgə Üzeyir Hacıbəyli adına festival keçirir.

Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətində köklü dönüş yaratmış sənətkar olduğunu vurğulayan Anar Kərimov söylədi ki, dahi bəstəkarın qoyduğu ənənələrə sadiq qalaraq musiqimizi inkişaf etdirməli, onu yad təsirlərdən qorumalıyıq.

2021-ci ilin ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə “Nizami Gəncəvi İli” elan edildiyini deyən nazir qeyd etdi ki, ənənəvi olaraq 18 sentyabrda – Milli Musiqi Günündə başlanan Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalında da Nizamiyə, onun irsi ilə bağlı musiqi əsərlərinə xüsusi yer ayrılacaq. Beləliklə, bu festival vasitəsilə iki dahimizi bir araya gətirəcəyik.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli də təhsil ocağının 100 illik yubileyindən bəhs edərək söylədi ki, istər Azərbaycan musiqisi, istərsə də bu ali təhsil ocağı Üzeyir bəyin adı ilə bağlıdır: “Üzeyir Hacıbəylinin Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Cahangir Cahangirov, Soltan Hacıbəyov kimi tələbələri olub. Heç bir müsəlman ölkəsində belə bəstəkarlar və musiqi mədəniyyəti yoxdur. Ona görə də biz mədəni sərvətimiz olan musiqi irsimizi mütləq saxlamalı, daima inkişaf etdirməliyik”.

Daha sonra Müdafiə Nazirliyi Nümunəvi Hərbi Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında musiqi nümunələri təqdim olundu.

XƏBƏRLƏR

16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb