Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1433

“Üzeyir Hacıbəyli və Müslüm Maqomayev” mövzusunda elmi konfrans keçirilib

XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda “Üzeyir Hacıbəyli və Müslüm Maqomayev” mövzusunda elmi konfrans keçirilib. Tədbiri Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə ön sözlə açaraq, xalqımızın tarixi ədaləti bərpa edib zəfər çaldığı eyni zamanda ölkəmizdə pandemiyanın hökm sürdüyü dövrdə Üzeyir Hacıbəylinin adını daşıyan festivalın keçirilməsinin önəmindən bəhs etdi.

Mövzu çərçivəsində konfransda beş məruzə səsləndi. ABİ-nın məsul katibi, əməkdar müəllim, sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənovanın  “Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin Azərbaycan etnomusiqişünaslığında rolu” mövzusunda çıxış etdi. Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, BMA-nın professoru İmruz Əfəndiyeva  tanınmış teatrşünas  Məmməd Sadıq Əfəndiyevin fəaliyyətindən söz açaraq “M.S.Əfəndiyevin Ü.Hacıbəylinin “Koroğlu” operası haqqında ilk elmi-tədqiqat məqaləsinə dair fikirlər” mövzusunda məruzə etdi. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Güllü İsmayılova da “Ü.Hacıbəylinin yaradıcılığında milli məfkurə və türkçülük ideyalarının təcəssümü” məsələsi ilə bağlı fikirlərini bölüşdü.

Azərbaycan musiqi mədəniyyətinin görkəmli xadimlərindən biri, musiqili teatr mədəniyyətimizin banilərindən olan Müslüm Maqomayevin fəaliyyətinə dair tarixi-faktoloji materiallar əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramovanın məruzəsində açıqlandı. Konfransın son məruzəsi Bakı Musiqi Kollecinin və Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin müəllimi Rəhilə Abbasovaya aid oldu. Üzeyir bəyin vətənpərvərlik ənənələri və humanist prinsiplərinin Əşrəf Abbasovun fəaliyyətində örnək kimi əhəmiyyətindən bəhs olundu.

Tədbirin sonunda Nizami Gəncəvi poeziyasına əsaslanan qısa müddətli musiqi proqramı təqdim edildi. Bəstəkarlar Lalə Cəfərovanın “Səbr et” qəzəl-romansı Əməkdar artist, tenor müğənni Fərid Əliyevin, Azər Dadaşovun “Sevgi qanaddır” qəzəl-romansı isə əməkdar artist, pianoçu Nərgiz Əliyeva ilə kamança ifaçısı Azər Hacıbalayevin ifasında səsləndi.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb