Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1622

XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində simfonik musiqisi axşamı keçirilib

XIII  Beynəlxalq Musiqi Festivalının beşinci günü Azərbaycan Dövlət Filarmoniyasında  Polşalı musiqiçilərin iştirakı ilə keçirilən parlaq simfonik musiqi axşamı ilə sona çatdı. Konsertin əsas iştirakçılıarı dirijor Pavel Kotla və soprano səsli müğənni İvona Sobotka idi.  

Pavel Kotla orta təhsilini violin sinfi üzrə Poznan şəhərində alıb. F.Şopen adına Varşava Musiqi Akademiyasının simfonik musiqi və opera dirijorluğu sinfini bitirib. Bir sıra beynəlxalq ustad dərslərində iştirak edib. 2008-ci ildən Avropa Birliyinin Polşa Prezidensiyasının rəsmi orkestri olan “I, Cultural Orchestra” heyətinin yaradıcısıdır. Həmçinin, musiqişünaslıq üzrə də diplomu var.

İvona Sobotka Polşanın tanınmış opera müğənnisidir. F.Şopen adına Varşava Musiqi Akademiyasının məzunu, Kraliça Yelizaveta Musiqi Müsabiqəsinin Qran-pri mükafatı laureatıdır.  2007-ci ildən etibarən dünyanın bir çox ölkələrində nümayiş olunan opera tamaşalarında  baş rollarda çıxış edir.

Repertuarında F.Şopen, Rixard Ştraus, Karl Şimanovski və başqa klassik bəstəkarların əsərləri geniş yer tutur.

Konsert Qara  Qarayevin “İldırımlı yollarla” baletindən süita ilə başlandı. Baletin ən parlaq, afro-amerika çalarlı epizodları olan “Ümumi rəqs”, “Qaraların rəqsi”, “Gitaralı qızların rəqsi” ifa edildi. 
Daha sonra Karl Şimanovskinin soprano ilə orkestr üçün “Şahzadənin mahnıları” adlı silsiləsinin dünya üzrə ilk ifası baş tutdu. Xatırlatmaq lazımdır ki, bir neçə il öncə əsərin əvvəlki redaktələrindən biri aşkarlanıb ilk ifa üçün hazırlanırdı, lakin pandemiya səbəbindən “Şahzadənin mahnıları” silsiləsinin ilk ümumdünya ifası Bakıda və məhz Ü.Hacıbəyli adına XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində gerçəkləşdi. Silsilə solist, soprano müğənni İvana Slobodka ilə müşayiət edən orkestrin ifasında səsləndi. 

Karl Şimanovski XX əsrin I yarısında yaşayıb yaratmış, impressionizm musiqi ənənələrilə müasir, xüsusən R.Ştrausun və A.Skryabinin  ənənələrini özündə birləşdirən üslubu ilə tanınıb. Onun musiqisi yüksək emosionallığı, ekstatik keyfiyyəti və ekzotik səslənmələrə təmayül ilə fərqlənir. 

Konsertin ikinci bölməsində Lüdviq van Bethovenin təntənəli,  bir qədər də matəm ruhlu VII simfoniyası ifa edildi.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb