Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1792

Gəncədə milli-xalq musiqi axşamı keçirilib

Üzeyir Hacıbəyli adına  XIII  Beynəlxalq Musiqi Festivalının ən əlamətdar cəhəti ölkəmizin digər bölgə və şəhərlərində də keçirilməsidir. 22 sentyabrda qədim mədəniyyət mərkəzimiz Gəncədə  milli-xalq musiqi axşamı  Gəncə Dövlət Filarmoniyasında baş tutdu.

Tədbirdə Gəncə şəhər icra hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə şəhər regional mədəniyyət idarəsinin rəisi Vasif Cənnətov, Mədəniyyət Nazirliyinin Musiqi sektorunun müdiri Vüqar Hümbətov, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar müəllim Xatirə Həsənzadə iştirak etdilər.

Konsert  Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı ilə baş dirijor, respublikanın Xalq artisti Ağaverdi  Paşayevin idarə etdiyi Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin iştirakilə baş tutdu. Repertuarı Azərbaycan klassik bəstəkarlarının müxtəlif janrlı əsərlərinin xalq çalğı alətləri orkestri üçün işləmələri, xalq rəqsləri və mahnıları, eləcə də ənənəvi musiqi sənət nümunələri səsləndi.

“Uzundərə”, “Yallı” xalq rəqsləri, Qarabağ şikəstəsi, “Evləri var xana-xana” xalq mahnısı, Ü.Hacıbəylinin “Cəngi” miniatürü, “Leyli və Məcnun” operasından kompozisiya, “Arşın mal alan” musiqili komediyasından Vəli ilə Tellinin dueti, Müslüm Maqomayev, Niyazi, Fikrət Əmirov, Vasif Adıgözəlov, Cahangir Cahangirov və Süleyman Ələsgərovun əsərlərini konsert iştirakçıları zövqlə dinlədilər. 

Xanəndələr İlkin Əhmədov, Rəvanə Əmiraslanlı, Almaz  Orucova, klassik müğənnilərdən soprano Nərgiz Kərimova, tenor Taleh Yəhyayev, Fəxri Kazım Nicat və başqalarının solistlərin ifaları alqışla qarşılandı.

Konsertdən sonra Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının kollektivi dahi Azərbaycan şairi və mütəffəkkiri Nizami Gəncəvinin məqbərəsini ziyarət etdilər. Nizami muzeyinə ekskursiya da təşkil olundu. Ansamblın kollektivi məqbərənin önündə  Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin sözlərinə bəstələdiyi "Sənsiz" və "Sevgili canan" romanslarını səsləndirdilər.

 

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb