Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1007

VII Bakı Beynəlxalq Kitab Sərgisi kitab sənayəsində yeni dönüş nöqtəsi yaratdı

İştirakçı və tədbirlərin sayı, yüksək təşkilatçılıq və geniş ziyarətçi marağı Bakı Beynəlxalq Kitab Sərgisinin regionun ən böyük kitab bayramı olduğunu təsdiqlədi

6-10 oktyabr tarixində Bakı Ekspo Mərkəzində keçirilən 7-ci Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2021) böyük təəssüratlarla 10 oktyabrda öz işini yekunlaşdırdı.

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş sərgi artıq ənənə halını almış bu tədbirin nüfuzunu əhəmiyyətli dərəcədə artırdı.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilati dəstəyi ilə baş tutan sərgidə 12 ölkədən (Türkiyə, Rusiya, Bolqarıstan, Gürcüstan, Fransa, İndoneziya, İran, Kolumbiya, Qazaxıstan, Qırğızıstan, Misir, Özbəkistana) 43 xarici təşkilat, 122 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak etdi və sərgi müddətində, müxtəlif formatda 200-dən çox tədbir təşkil olundu.

Sərgi mütaliə mədəniyyətinin təbliği, oxucuların nəşriyyat işi sahəsində olan rəqəmsal yeniliklərlə tanışlığı, ölkəmizdə kitab sənayesi sektorunun və müasir ədəbi proseslərin inkişafının dəstəklənməsi istiqamətində öz rolunu uğurla həyata keçirdi.

Sərginin davam etdiyi 5 gün ərzində gənclərin və uşaqların çoxluq təşkil etdiyi on minlərlə ziyarətçi dünya ədəbiyyatının klassik əsərlərini, dərslikləri, elmi araşdırmaları və uşaq ədəbiyyatının nümunələrini böyük maraqla nəzərdən keçirdilər və satın aldılar.

Tanınmış yerli və xarici yazarlar – Çingiz Abdullayev, Elxan Elatlı, Elçin Əliyev, Reyhan Yusifqızı, Nail Əlizadə, Gülseren Buğdayıcıoğlu, Ercan Kesal, Sinan Yağmur, Şah Səlimi Türkay, Toğrul Mehti Niyazi və başqaları sərginin müxtəlif günlərində tədbirin xüsusi qonaqları oldular.

Qarabağ mövzusu, Prezident İlham Əliyevin komandanlığı ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində parlaq Zəfəri sərginin yaradıcılıq nöqteyi-nəzərindən əsas mövzusu idi. Müəlliflər Qələbəyə həsr olunmuş kitab, esse və şeirlərini təqdim etdilər.

Sərgi zamanı Nizami Gəncəvinin 880 illiyinə həsr olunan “Nizami Gəncəvi” guşəsinin və Nizami Gəncəvi ilə bağlı yeni nəşr olunan kitabların təqdimatı keçirildi.

“Günün qonağı” olan Xalq yazıçısı Çingiz Abdullayev sərgidə gənc nəslə Vətən sevgisini, təhsilin önəmini aşılayan yazarların kitablarının təqdim olunmasını yüksək qiymətləndirdi.

Şairə Nigar Həsənzadənin “İgidlərin sözü” layihəsi xüsusi maraqla qarşılandı. Layihə çərçivəsində qazilər 44 günlük Qarabağ müharibəsi vaxtı yazılmış şeirlərini səsləndirdilər.

Sərgidə qardaş Türkiyənin nəşriyyatları geniş tərkibdə təmsil olundu. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Şule Yıldız Bakı Beynəlxalq Kitab Sərgisinin işini bəyəndiklərini, növbəti illərdə sərgidə iştirakları ilə bağlı daha maraqlı planlarının olduğunu dedi. “İmza günü” keçirilən türk yazıçısı və tədqiqatçısı Sinan Canan sərgiyə, bilavasitə kitaba ölkəmizdə geniş marağın olmasını təqdir etdi.

Yazıçı-publisist, Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı bildirdi ki, bu sərgi Azərbaycanda kitab çapının inkişafına təkan verəcək, çünki burada əlaqələr qurulur, çoxsaylı görüşlər keçirilir və bunun nəticəsində yeni layihələr üçün imkanlar yaranır.

Türkiyədə yayımlanan “Çukur” adlı serialda İdris Koçovalı obrazı ilə milyonların sevgisini qazanmış məşhur aktyor və yazıçı Ercan Kesal sərginin qonağı oldu. Çoxsaylı oxucuları ilə görüş keçirdi və görüşə qatılanlar üçün kitablarını imzaladı.

Yazıçı, şair Elxan Elatlı görüş zamanı çoxsaylı gənc ziyarətçilərin əhatəsində - “indi tez-tez deyirlər ki, gənclər az kitab oxuyurlar, məncə isə sərgi bu faktı uğurla təkzib etdi”, - dedi.

Sərginin keçirildiyi günlərdə foyedə uşaqlar üçün Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında hazırlanmış tamaşa, həmçinin “Tıq-Tıq xanım” və “Cırtdan” kukla tamaşaları təqdim edildi, müxtəlif ustad dərsləri (xalça eskizlərinin hazırlanması, ebru sənəti) keçirildi. Uşaq yazıçısı Solmaz Amanova milli nağıl personajlarını kitablar və oyunlar ilə azyaşlı ziyarətçilərə təqdim etdi.

Sərgidə bir ilk də yaşandı, sevdikləri yazıçının oxucularla görüş keçirəcəyini öyrənən gənclər - Cavidan Əliyev və Rəhmilə Ağayeva toy günü sərgini ziyarət etdilər.

Ümumilikdə iştirakçıların tərkibi, xüsusi qonaqların qatılımı, çoxsaylı tədbirlərin təşkili və ziyarətçi sayı baxımından Bakı Beynəlxalq Kitab Sərgisinin regionun ən böyük kitab bayramı olduğu aydın müşahidə edildi. Ziyarətçilər və iştirakçılar bunu tədbir boyunca dəfələrlə xoş sözlərlə ifadə etdilər.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi