10.11.2021 12:36
“Dəmir yumruq” layihəsi ordumuzun 44 günlük Vətən müharibəsinin şanlı qələbəsinə həsr olunub.
Layihənin ideya müəllifi Bakı Dövlət Sirkinin direktoru Elmir Hüseynovdur.
Bədii kompozisiyanın musiqi tərtibatında azərbaycanlı bəstəkarların əsərlərindən istifadə olunub.
Layihənin bədii tərtibatı milli rəqs elementlərindən ibarətdir.
Layihə Bakı Dövlət Sirkinin milli truppası və Azərbaycan Dövlət Rəqs Ansamblının incəsənət ustalarının birgə fəaliyyəti nəticəsində ərsəyə gəlib.