Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1105

Rusiya Dövlət Ermitajında “Görünməyən incəsənət. İmkan sərhədlərini genişləndirərək” sərgisi açıldı

Noyabrın 12-də Dövlət Ermitajının Baş qərarqah binasında “Görünməyən incəsənət. İmkan sərhədlərini genişləndirərək” («Незримое искусство. Расширяя границы возможного») adlı inklüziv sərginin açılışı keçirildi. Layihə Dövlət Ermitajı və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, “Cartier” fransız Zərgərlik-Saat Evinin dəstəyi ilə keçirilir.

Əsasən görmə qabiliyyəti məhdud insanlar üçün nəzərdə tutulmuş bu inklüziv layihənin muzey təcrübəsində tətbiq olunan bir sıra yenilikləri bütün kateqoriyalı ziyarətçilər üçün də maraqlı olacaq. Belə ki, artıq muzeydə eksponatla tamaşaçı arasındakı “Əllərinizlə toxunmayın!” qadağasına əsaslanan mane aradan qaldırılır. Vizual təəssüratları taktil üsulla tamamlamaq üçün bu eksponatlara əllə toxunmaq olar.

Sərgidə Leyden kolleksiyasında (ABŞ) qorunub-saxlanılan Rembrandtın “Gözlərinə kölgə salınmış avtoportret” əsərinin relyef modeli təqdim olunur. Model ilk dəfə 2018-ci ildə Ermitajda “Rembrandt və Vermeer epoxası. Leyden kolleksiyasının şedevrləri” sərgisində ictimaiyyətə təqdim olunmuşdur. Sərginin digər bölməsi Ermitajda qorunub-saxlanılan Pəncikəndin məşhur freskalarına həsr olunub. Belə ki, inklüziv sərgi üçün bu freskalar əsasında hazırlanmış taktil barelyeflər və onların animasiya edilmiş süjetləri hazırlanıb.

Layihənin mühüm hissəsini Altayda “Pazırıq” kurqanından tapılmış tekstil fraqmentlərinin xalçaçılıq texnikalarında hazırlanması oldu. Eksponatların bir hissəsi – yurta üçün keçə örtüyü fraqmentinin replikası Sankt-Peterburq mütəxəssisləri tərəfindən hazırlanıb. Layihənin digər hissə isə – dünyanın ən qədim xovlu xalçası hesab edilən “Pazırıq” xalçasının taktil fraqmentləri Azərbaycan Milli Xalça Muzeyi ilə əməkdaşlıq nəticəsində yaradılıb.

Tədbirdə ölkəmizi Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov təmsil ediblər. Sərginin açılışı pandemiya ilə əlaqədar olaraq onlayn şəkildə baş tutub.

Sərgini açarkən Dövlət Ermitajın direktoru Mixail Piotrovski layihə haqqında məlumat vermiş, əməkdaşlığa görə Xalça Muzeyinə təşəkkürünü bildirib və sərgidə nümayiş olunan eksponatlardan biri – Pazırıq kurqanındakı yurta örtüyünün atlı və ilahi təsviri olan keçə fraqmentinin taktil nümunəsini Bakı muzeyinə hədiyyə edib.

Sərgi dekabrın 12-dək davam edəcək.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi