Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1344

TÜRKSOY-un təşkilatçılığı ilə Bursa şəhərində Nizami Gəncəvi və Yunus Əmrəyə həsr olunan tədbir keçirildi

2021-ci ilin 18 noyabr tarixində Türkiyə Respublikasının Bursa şəhərində TÜRKSOY təşkilatı tərəfindən təşkil olunan Nizami Gəncəvinin doğumunun 880-cı ilinə və Yunus Əmrənin vəfatının 700-cü ilinə həsr olunmuş konsert proqramı və sərgi açılışı həyata keçirilmişdir. Konsertdə TÜRKSOY baş katibi Düsen Kaseinov, Bursa Böüykşəhər bələdiyyə başçısı Alinur Aktaş, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, TÜRKSOY-un Azərbaycan üzrə nümayəndəsi Elçin Qafarlı, Bursada yaşayan və təhsil alan həmyerlilərimiz və Bursa şəhər ictimaiyyəti iştirak etmişdir.

Bursa Böyükşəhər bələdiyyəsi ilə birlikdə təşkil olunan tədbirdə türkdilli ölkələrin incəsənət nümayəndələrinin iştirakı ilə Türk Dünyası Şah Əsərləri Konsert proqramı və hər iki şairin əsərlərindən ibarət foto sərgi sənətsevərlər tərəfindən böyük maraqla qarşılanmışdır.

Konsertdən əvvəl Bursa şəhərinin 2022-ci il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi münasibətilə mətbuat konfransı keçirilmişdir. Həmin konfransda TÜRKSOY baş katibi Düsen Kaseinov, Bursa Böyükşəhər bələdiyyə başqanı Alinur Aktaş, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, TÜRKSOY-un Azərbaycan üzrə nümayəndəsi Elçin Qafarlı, Bursa şəhər Mədəniyyət və Turizm İdarəsinin müdiri Kamil Özer, bələdiyyə üzvləri və bir çox media qurumlarının nümayəndələri iştirak edirdilər.

Görüşdə Bursa şəhərinin tarixindən, onun Türk Dünyasındakı mədəni yeri və rolundan görüş iştirakçılarına məlumat verən bələdiyyə başçısı bildirib ki, ortaq ədəbi dəyərlərimiz olan Nizami Gəncəvi, Yunus Əmrə kimi şairlərimiz məhz bu mədəni dəyərlərin formalaşmasına xüsusi qatqısı vardır. TÜRKSOY-un Baş katibi Düsen Kaseinov yaşıl və tarixi şəhər olan Bursanın TÜRKSOY Daimi Şurasında qəbul edilən qərarla 2022-ci il Türk Dünyası Mədəniyyət Paytaxtı elan edilməsinin əhəmiyyətindən söz açmışdır. Türk dövlətlərinin Türk Dünyasının Mədəniyyət Paytaxtı adının ən yüksək mədəni və tarixi dəyəri olan şəhərlərə daşınmasında töhfə verəcəyini deyən Kaseinov, “İnanırıq ki, Osmanlı dövlətinin paytaxtı olmuş qədim Bursa gələn il bu adı uğurla daşıyağını bildirdi. Görüşdə Akif Marifli hər iki şairin ədəbi irsindən söhbət açaraq, onları birləşdirən ortaq dəyərlərə toxunmuş, Nizami Gəncəvi və Yunus Əmrənin haqq-ədalət, humanizm ideyalarının çarçısı olduğunu, türk dünyası ədəbiyyatının zəngilşdirilməsindəki xidmətlərini qeyd etmiş və eyni zamanda 2022-ci ildə Bakıda keçiriləcək 8-ci Beynəlxalq Kitab Sərgisinə Türkiyənin “fəxri qonaq” statusunda qatılacağını bildirmişdir. Şöbə müdiri Bursa Böyükşəhər Bələdiyyəsini də həmin sərgidə stendlə iştiraka dəvət etmişdir. Akif Marifli "Gəncə–Nizami yurdu” kitabını, və Qarabağ Zəfərinin simvolu olan “Xarıbülbül” nişanını Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaşa hədiyyə etdi.

XƏBƏRLƏR

18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı