Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1243

Bakıda “Müxtəlif dinlərin maddi-mənəvi irsi və dinlərdə musiqi” adlı konfrans keçirilib

Noyabrın 29-da Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə elmi-metodiki və ixtisasartırma mərkəzinin təşkilatçılığı ilə Bakıdakı Müqəddəs Məryəm Katolik Kilsəsində “Müxtəlif dinlərin maddi-mənəvi irsi (Qarabağ kontekstində) və dinlərdə musiqi” adlı konfrans keçirilib.

Tədbirdə Azərbaycanda mövcud olan multikultural dəyərlər, konfessiyalararası sıx münasibət, ölkəmizdə qədim tarixə malik tolerantlıq, qarşılıqlı hörmət və anlaşma məsələləri müzakirə olunub.

Mədəniyyət üzrə elmi-metodiki və ixtisasartırma mərkəzinin direktoru Səadət Xələfbəyli qonaqları salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıb. Bildirib ki, konfransın məqsədi konfessiyalararası əlaqələrin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsinə töhfə verməkdir. Qeyd edib ki, konfrans müddətində işğaldan azad olunmuş maddi-mədəni irsimiz barədə çıxışlar dinləniləcək.

Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının keşişi Jozef Marek deyib: “Dünyada əgər hər şey yerində olsa qəlbimiz açılar. Ümid edirəm kilsədə səslənən dini musiqi də öz yerini tapır. İnsan arzuladığı bir yerə çatmaq istəyəndə Allah ona səbir və lazım olan xüsusiyyətləri bəxş edir. İnsanın bir şeyə can atması olduqca vacibdir. Musiqini ifa etmək gözəldir amma onu ifa edərkən Allahı axtarmaq fərqli bir məsələdir. Belə insanlar məni hər zaman heyran edib.”

Konfransın aktual məsələyə həsr olunduğunu söyləyən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi hacı Şahin Həsənli bildirib ki, Azərbaycan tarixində heç zaman dini zəmində münaqişə baş verməyib. Hətta Azərbaycanda müxtəlif xalqların dini icma nümayəndələri Qarabağ müharibəsi zamanı xristian dünyasına müraciət ünvanlayaraq bildiriblər ki, Qarabağ tarixən Azərbaycan ərazisidir. Bu sənət tarix olaraq qalacaq”.

Bildirib ki, bəzi ölkə rəhbərləri multikulturalizmin mövcud olmaması ilə bağlı çıxışlar edirlər. Ancaq Azərbaycanda vəziyyət tam fərqlidir. Azərbaycanda dinə sevgi və tolerantlıq hər zaman hiss olunub. Burada radikal düşünən insanlar yoxdur. Musiqidə bir harmoniya olduğunu söyləyən hacı Şahin deyib: “Ruha sirayət edə bilən, insanda mərhəmət hissi aşılayan musiqiyə hər zaman ehtiyac var”.

Katolik kilsəsinin apostol prefekturasının məlumat şöbəsinin katibi Toral Ağayev bildirib ki, Azərbaycanda mövcud olan dini icmaların rəhbərləri çıxışlarını böyük yaradan Allahın adı ilə başlayırlar. Hər bir yaradıcı insan öz qabiliyyətini Allahdan alır. Allah xristianlıqda nizamsızlığı nizama salan bir qüvvə kimi göstərilir: “İnsan şüuruna təsir edən ən böyük qüvvə məhz incəsənətdir. Musiqi xristianlıq dinində xüsusi önəm kəsb edir. Xristianlıqda oxuyan ikiqat ibadət etmiş kimi sayılır. Bəzi alimlərin fikrincə insan nitqi danışmaq üçün deyil oxumaq üçün yaradılıb. Davud peyğəmbərin nəğməkar peyğəmbər olduğunu deyən T.Ağayev bildirib ki, bu ad yunan musiqi aləti olan arfa adından götürülüb. O rəsmlərdə musiqi alətilə birgə təsvir olunur. “Qürurverici haldır ki, dini yaradıcılıq tək ənənələrə söykənmir, əksinə, inkişaf edir. Tolerant mühit katolik icması arasında yaradıcılığa şərait yaradır”,- deyə Toral Ağayev əlavə edib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Hətəm Gülməmmədov bildirib ki, Azərbaycan dünyada tolerantlığın yaşandığı nadir ölkələrdən biridir. Azərbaycanda tarixən müsəlman, yəhudi, xristian və digər dini icmalar dostluq və əmin-əmanlıq şəraitində yaşayıb. O, din nümayəndələrinin bir-birlərinə hörmətlə yanaşması ilə bağlı misallar gətirib. Bildirib ki, Ramazan ayında Çotari kilsəsində xristian din icma nümayəndələrinin müsəlmanlar üçün iftar süfrəsi açması bir ənənəyə çevrilib. Qeyd edib ki, Astarada fəaliyyət göstərən məscidlərdə sünni və şiə nümayəndələri məhərrəmlik ayında bir yerə toplaşıb namaz qılırlar. Tolerantlıq dünyada hüquqi məsələ olduğundan qanunla nizamlanır və bu qanunu pozan şəxslər cinayət məsuliyyətinə cəlb olunur. Ancaq Azərbaycanda bu məsələ mənəvi məsələdir. Tolerantlıq dözümlülük olsa da bizim üçün sevgi məsələsidir. Azərbaycanda tolerantlığın nümunələrindən biri də Bakının mərkəzində qorunan Erməni kilsəsidir. Bildirib ki, həmin kilsədə hətta heç bir kitaba ziyan dəyməyib. Bu Azərbaycan xalqının dözümlü olduğunu sübut edir. Bu gün Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında kilsə və məscidlər fəaliyyət göstərir, din nümayəndələrinin ora səfərləri təşkil olunur.

Daha sonra Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Dionisiy Sveçnikov, İslam Universitetinin İctimai elmlər kafedrasının müdiri Elvin Talişinski, müstəqil araşdırmaçı-jurnalist, səyyah Ağa Mehdiyev çıxış ediblər.

Tədbirin bədii hissəsində ümumbəşər dini musiqilər səsləndirilib.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb