Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1865

Layihə yönlü fəaliyyət idarəçiliyin təkmilləşdirilməsinə və gücləndirilməsinə xidmət edir

Yanvarın 14-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi daxilində layihə yönlü idarəçiliyə keçid və 2022-ci il üçün nəzərdə tutulmuş layihələrlə bağlı təqdimat gerçəkləşdi.

Təqdimatdan öncə jurnalistlərə açıqlama verən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev qeyd etdi ki, bu gündən etibarən Mədəniyyət Nazirliyi layihə yönlü fəaliyyətə başlayır: “Layihə yönlü fəaliyyətin məqsədi ilk növbədə idarəçiliyin təkmilləşdirilməsi və gücləndirilməsidir. Bildiyiniz kimi, Mədəniyyət Nazirliyinin strategiyası Azərbaycan cəmiyyətində dəyər carçısı olmaqdır. İstəyirik ki, bunu nazirliyin strategiyası və baxışının həyata keçirilməsində effektiv bir alət kimi inkişaf etdirək. Həmçinin nazirliyin tabeliyindəki qurumlar Azərbaycanın mədəniyyət tarixindən, ədəbi və bədii irsindən gələn dəyərləri yaşadaraq gələcək nəsillərə ötürsün. Bununla da azərbaycançılığın özəyi olan dəyərlərin və fikirlərin davamlılığı təmin edilsin. Ümumi islahat çərçivəsində elan etdiyimiz yanaşmalardan ən vacibi layihə idarəçiliyi yanaşmasıdır. Bununla bağlı artıq bütün sənədlər hazırlanıb və deyə bilərəm ki, ilk dəfə olaraq Mədəniyyət Nazirliyinin tarixində belə bir yanaşmanın tətbiqinə başlanılıb. Bundan sonra bütün fəaliyyətimizi layihə idarəçiliyi vasitəsilə həyata keçirəcəyik”.

Layihə idarəçiliyinin üstünlükləri barədə məlumat verən Elnur Əliyev bildirdi ki, bu artıq təsbit olunmuş elmi yanaşmadır: “Bütün dünyada qarşıda qoyulan məqsədlərə çatmaq üçün ən çox istifadə olunan metodologiyadır. Üstünlüyü ondan ibarətdir ki, hər bir layihənin konkret məqsədləri var və məhdud resurslarla həyata keçirilir. Layihə yanaşması verilən resurs məhdudiyyətləri çərçivəsində bu məqsədlərə nail olmaq üçün ən səmərəli yoldur. Biz də bunun tətbiqinə çalışırıq. Bunun nazirlik sistemində əlavə üstünlükləri də var. Bu yanaşma nazirlik çərçivəsində koordinasiyanı gücləndirir. Yəni şöbələrin bir-biri ilə əlaqələrini, məlumat paylaşımını gücləndirir. Digər tərəfdən, layihə yanaşması kadr potensialının gücləndirilməsi üçün də vacib bir mərhələdir. Belə ki, əməkdaşlar artıq layihə alətləri ilə işləyərək layihə meneceri kimi təkmilləşəcəklər. Bu da, təbii ki, bizim strategiyamızın əsas məqsədlərindən biri olan insan kapitalının inkişafı baxımından çox vacib addımdır".

Nazirin birinci müavini bu gün təqdim edilən proses və prosedurların hələlik nazirlik daxili layihələrə aid olduğunu söylədi. O, həmçinin qeyri-hökumət təşkilatları (QHT) ilə əməkdaşlığı da layihə yönlü etmək istədiklərini diqqətə çatdırdı: “Bu istiqamətdə də iş aparılır və yaxın zamanlarda onun meyarları da hazır olacaq. Bu gün biz çalışırıq ki, Mədəniyyət Nazirliyində idarəçiliyi təkmilləşdirək. İdarəçiliyin ilk mərhələsi təbii ki, daxili idarəçilikdir. Bunun ən böyük üstünlüyü şəffaflıqdır. Çünki artıq hər bir qərarı qəbul etməzdən öncə bütün cəlb olunan və o fəaliyyətdə iştirak edən tərəflər o layihədən xəbərdar olacaqlar. Layihə yönlü fəaliyyətin vacib mərhələsi isə layihə sənədidir. Artıq hər bir təklif, hər bir təşəbbüs layihə sənədi əsasında formalaşdırılacaq və bu sənəd bütün tərəflərlə müzakirə ediləcək. Bu eyni zamanda ümumi koordinasiyanı gücləndirəcək, şəffaflıq yaradacaq”.

Elnur Əliyev dedi ki, korporativ dünyadan fərqli olaraq Mədəniyyət Nazirliyinin qarşısında müəyyən öhdəliklər var: “Korporativ dünya layihələrini maliyyə baxımından dəyərləndirirsə, bizim dəyərləndirmə sistemimiz başqadır. Çünki bizim cəmiyyət qarşısında öhdəliklərimiz var. Bu öhdəlik mədəniyyət dəyərlərimizin tətbiqi və təşviq edilməsidir ki, bu da bizim sənədlərimizdə əks olunub”.

Daha sonra Mədəniyyət Nazirliyinin 2022-ci il üçün nəzərdə tutulmuş layihələrinin təqdimatı keçirildi.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib