Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4257

Dünya şöhrətli həmyerlimiz xüsusi proqramla Bakıda səfərdədir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə may ayının 15-dən 20-dək Bakı şəhərində “Dmitri Sitkovetski ilə görüşlər” adlı silsilə tədbirlər keçiriləcəkdir.

Hazırda Londonda yaşayan dünya şöhrətli violin ifaçısı, dirijor Dmitri Sitkovetski Bakıda musiqiçi ailəsində anadan olmuşdur. D.Sitkovetski Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində xüsusi istedadlar üçün açılmış məktəbdə ilk musiqi təhsili almış dahi pianoçu, qocaman sənətkar Bella Davidoviçin oğludur.

Doğulduğu ölkəyə xüsusi həssaslıqla yanaşan musiqiçi bir həftə ərzində yaradıcılığının fərqli sahələri ilə Bakılı musiqisevərlərin mədəni həyatını rəngləndirəcək. Artıq 15 may tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında ilk ustad dərsi keçirilmiş və tələbələr tərəfindən xüsusi maraqla qarşılanmışdır. Ustad dərsləri 16 və 17 may tarixlərində davam etdiriləcəkdir.

Bu gün isə sənətçi YARAT Müasir İncəsənət Mərkəzində “XX əsrin dahi pianoçusu Bella Davidoviç” adlı video-mühazirə ilə çıxış edəcəkdir.

Bundan əlavə, Dmitri Sitkovetski növbəti günlərdə Azərbaycan Bəstəkarlar İttifaqında görüş keçirəcək, Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bakı Kamera Orkestri ilə birgə çıxış edəcək, Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Violin incəsənətinin qızıl əsri” adlı növbəti elmi mühazirəsini təqdim edəcəkdir.

Qeyd edək ki, D.Sitkovetskinin iştirakı ilə ustad dərsləri və mühazirələr Mədəniyyət Nazirliyinin musiqi sahəsində təşkil etdiyi təlim proqramının bir hissəsidir. İl ərzində həmçinin digər tanınmış musiqiçi və pedaqoqların ustad dərslərinin təşkili nəzərdə tutulur.  

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb