Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1940

Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalı II “4.4 Qısa Tamaşalar Festivalı”na tamaşa qəbulu elan edir

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalı milli teatr prosesini canlandırmaq, teatr sənətçilərini yeni yaradıcı təşəbbüslərə təşviq etmək məqsədilə II “4.4 Qısa Tamaşalar Festivalı”na (QTF) tamaşa qəbulu elan edir.

Festival “Şuşa İli”nə ithaf olunur. Bildiyiniz kimi, ölkə Prezidentinin Sərəncamları ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı, 2022-ci il “Şuşa ili” elan edilmişdir. Şuşa hər zaman xalqımız üçün xüsusi dəyərə malik bir şəhər olub, milli kimliyimizin rəmzinə çevrilib. 44 günlük Qarabağ müharibəsində Şuşa şəhərinin qəhrəman döyüşçülərimiz tərəfindən işğaldan azad edilməsi isə xalqımızın qazandığı Qarabağ Zəfərinə möhür vurub. Bu gün Şuşa təkcə Qarabağın tacı deyil, eyni zamanda, bütün dünya azərbaycanlılarının and yeri, qürur mənbəyidir.

Ötən ilin noyabr ayında baş tutan ilk festivaldan fərqli olaraq II “4.4 Qısa Tamaşalar Festivalı”nda tamaşaların onlayn deyil, canlı təqdimatı nəzərdə tutulur. Festival çərçivəsində nümayiş olunacaq tamaşalarla yanaşı, treninq, seminar və panel müzakirələr təşkil olunacaq ki, bu da teatr mühitindəki durğunluğu aradan qaldırmağa, prosesi canlandırmağa, teatr sənətinin təbliğinə və inkişafına xidmət edəcək. 

Janr məhdudiyyəti yoxdur və mövzu sərbəstdir.

Mükafatlandırma:

Qaliblər peşəkar teatr xadimlərindən ibarət münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən ediləcək.

Mükafat fondu:

•           I Yer: 5000 AZN

•           II Yer: 3000 AZN

•           III Yer: 1500 AZN

Qeyd: Hər yer üzrə bir qalib seçiləcək.

Müsabiqəyə qəbul şərtləri:

1.Festivalda dövlət və bələdiyyə teatrları ilə yanaşı, özəl teatr kollektivləri və müstəqil sənətçilər də iştirak edə bilər.

2. Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olan bütün şəxslər müsabiqədə iştirak edə bilər.

3. Bir kollektiv, yaxud sənətçi müsabiqəyə yalnız bir tamaşa ilə müraciət edə bilər.

4. Festivala yalnız yeni tamaşalar qəbul edilir.

5. Müsabiqəyə göndərilən tamaşalara janr məhdudiyyəti qoyulmur.

6. Müsabiqəyə təqdim edilən tamaşaların xronometrajı 44 dəqiqədən artıq olmamalıdır.

7. İştirakçılar tamaşaların treylerini və müraciət formasını təşkilat komitəsinə təqdim etməlidirlər.

8.Müsabiqəyə təqdim edilən materiallar 15 oktyabr 2022-ci il tarixindən gec olmayaraq 4.4festival@teatro.az elektron poçt ünvanına göndərilməlidir.

Qeyd: Son tarixdən (15 oktyabr 2022-ci il) gec göndərilən və texniki tələblərə cavab verməyən materiallar müsabiqəyə qəbul olunmayacaq. 

9.      Təşkilat komitəsi festivala təqdim edilən tamaşaların seçimi və müsabiqə proqramının tərtibi hüququnu özündə saxlayır.

10. Təqdim edilməli materialların və sənədlərin siyahısı:

          Müraciət forması

•       Tamaşanın MP4 formatında, 720p və daha yüksək görüntü keyfiyyətində 30-60 saniyəlik treyleri

•       Tamaşanın MP4 formatında, 720p və daha yüksək görüntü keyfiyyətində ümumi plan çəkilişi

•        Tamaşadan 3-5 fotoşəkil (fotolar, ən azı, 300 dpi ölçüdə, 3 MB-dən böyük və jpeg formatında olmalıdır).

•        Məsul şəxsin şəxsiyyət vəsiqəsinin surəti (PDF).

•        Tamaşanın rayderi. 

Qeyd: Tamaşaların treyleri DVD diskdə, xarici yaddaş qurğusunda, yaxud internet vasitəsilə (elektron poçtla, wetransfer, filelmail, googledrive və digər fayl mübadiləsi platformalarından istifadə etməklə) göndərilməlidir.

Əlaqə vasitəsi: +994 50 6602025

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib