Dövlət Müstəqilliyi günü ilə əlaqədar Balakən rayon Mədəniyyət Mərkəzində “Dönməz və əbədi müstəqilliyimiz” adlı ədəbi-bədii konsert proqramı təşkil edilmişdir
Azərbaycan xalqının tarixində 18 oktyabr Milli qürur günüdür. 27 il öncə məhz həmin Azərbaycan özünün Dövlət Müstəliyini bərpa etmişdir. Azərbaycanın dövlət müstəqilliyinin daimi olacağına inam tükənməzdir.
18 oktyabr tarixində Dövlət Müstəqilliyi günü ilə əlaqədar Balakən rayon Mədəniyyət Mərkəzində “Dönməz və əbədi müstəqilliyimiz” adlı ədəbi-bədii konsert proqramı təşkil edilmişdir. Rayon ictimaiyyəti əvvəlcə həmin gün münasibəti ilə Heydər Əliyev abidəsinə ziyarət etmiş, sonra Mədəniyyət Mərkəzinin foyesində təşkil olunmuş Azərbaycanın Müstəqillik illərinə həsr olunmuş sərgi və filmə baxış keçirmiş, mədəniyyət işçiləri tərəfindən hazırlanmış Azərbaycanın müstəqilliyini tərənnüm edən ədəbi-bədii kompozisiyaya tamaşa etmişlər.