Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən İdarənin tabeliyində olan mədəniyyət müəssisələrində 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar yanvarın 15-dən 19-dək Milli Qəhrəmanlara həsr olunmuş sənədli filmlərin nümayişi olub.
Milli Qəhrəmanlar Elman Hüseynov haqqında “İlk komandir”, Salatın Əsgərova haqqında “23 dəqiqə”, Oqtay Güləliyev haqqında “Laçın qartalı”, Pəhləvan Fərzəliyev haqqında “Şərəfli ömrün manifesti", Nadir Əliyev haqqında “Vətən sevgisi”, Yusif Əliyev haqqında “Vətənə bağışlanan ömür”, Eldar Məcidov haqqında “Ürəklərdə yaşayan qəhrəman”, Fəxrəddin Musayev haqqında “Qartaltək Vətənin keşiyində”, Etibar İsmayılov haqqında “Vətənə etibarlı oğul”, Allahverdi Bağırov haqqında “Qartal qamətli qəhrəman”, Ənvər Fərəcov haqqında “Vətənə dönənim”, Mübariz İbrahimov haqqında “Mübarizlik zirvəsi”, Muxtar Qasımov haqqında “Vətən sevgisi”, Əliyar Əliyev haqqında “Pəhləvan komandir”, Ramiz Qəmbərov haqqında “Şuşalı şəhid”, Cavanşir Rəhimov haqqında “Cavanşir”, Yavər Əliyev haqqında “Sonuncu uçuş”, Mirəsgər Seyidov haqqında “Vətən əsgəri”, Aqil Quliyev haqqında “Vətən sağ olsun” və 20 Yanvar faciəsinə həsr olunmuş “Azadlığa gedən yol” sənədli filmləri tamaşaçılara təqdim edilib.
Qeyd edək ki, gənc nəslin milli təfəkkürünün formalaşmasında, vətənpərvər ruhda tərbiyəsində və tariximizi öyrənməsində mühüm rol oynayan sözügedən filmlər dövlət sifarişi ilə “Azərbaycanın Milli Qəhrəmanları” adlı silsilə olaraq “Yaddaş” studiyasında çəkilmişdir. Bugünədək sözügedən silsiləsindən 80-dən çox film istehsal olunub.