Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1520

60 illik yubileyləri münasibətilə teatr sahəsində çalışanlar mükafatlandırılıb

Gəncə Dövlət Dram Teatrının aktyoru, Respublikanın Əməkdar artisti Ramiz Vəliyev, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Respublikanın Əməkdar artisti Nəsibə Eldarova və Mingəçevir Dövlət Dram Teatrının baş rəssamı, Respublikanın Əməkdar rəssamı Rafael Haşımovun mədəniyyət sahəsində uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə, habelə 60 illik yubileyləri münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə mükfatlandırılmışdır.  

Məlumat üçün bildiririk ki, Gəncə Dövlət Dram Teatrının aktyoru Azərbaycan Respublikasının Əməkdar artisti Vəliyev Ramiz Hidayət oğlu 5 fevral 1959-cu ildə anadan olmuşdur. R.Vəliyev 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsini bitirmişdir.

1985-ci ildən Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərir.

R.Vəliyevin bu illər ərzində yaratdığı Apollon (“Sokratla söhbət”, E.Radzinski), Prokuror, Cəbi (“Cavan qadına yaraşan kişi”, “Təhminə və Zaur”, Anar), Əşrəf (“Dəli Kür”, İ.Şıxlı), Kamal (“Əliqulu evlənir”, S.Rəhman), Əziz bəy (“Mürafiə vəkilləri”, M.F.Axundzadə),  Mahmud bəy (“Müsibəti-Fəxrəddin”, N.Vəzirov), Cahangir, Nicat (“Atayevlər ailəsi”, “Mahnı dağlarda qaldı”, İ.Əfəndiyev), Oqtay (“Oqtay Eloğlu”, C.Cabbarlı), Məkkə Məhəmməd (“Dəli yığıncağı”, C.Məmmədquluzadə), Çiçiko Qoqol (“Ağ bayraqlar”, N.Dumbadze) obrazları tamaşaçılar və teatr ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır.

R.Vəliyev mədəniyyət sahəsindəki xidmətinə görə 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüş, 2013-cü ildə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

*     *     *

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Azərbaycan Respublikasının Əməkdar artisti Eldarova Nəsibə Novruz qızı 15 yanvar 1959-cu ildə Bakı şəhərinin Bülbülə qəsəbəsində anadan olmuşdur. N.Eldarova 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsini bitirmiş, 1982-1989-cu illərdə “Azərbaycanfilm” kinostudiyasında, 1989-2009-cu illərdə Dövlət Gənclər Teatrında çalışmışdır.

2009-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirir.

N.Eldarovanın bu illər ərzində yaratdığı Gertruda, Ledi Makbet, Qermiya, İzabella, Dayə, Marqarita (“Hamlet”, “Makbet”, “Yay gecəsində yuxu”, “Tədbirə qarşı tədbir”, “Romeo və Cülyetta”, “III Riçard”, U.Şekspir), İblis (“İblis”, H.Cavid), Karmen (“Karmen”, P.Merime), Leyli (“Leyli və Məcnun”, M.Füzuli), Klementina (“Herostratı unudun”, Q.Qorin), Minnət (“Ər və arvad”, Ü.Hacıbəyli), Qız, Taclı xanım (“Şah İsmayıl”, K.Abdulla), Xoşbəxt, Ceyran, İşıq, Ərəbzəngi, Həvva, Emma (“Ünvansız qatar”, “Onun iki qabırğası”, “20 il sonra”, “Yeddi məhbusə”, “Varlı qadın”, “Kişi və qadın”, Ə.Əmirli), Qız, Aktrisa (“İnək”, “Olum, ya ölüm”, N.Hikmət), Xanım Prisselius (“Uzuncorab Pippi”, A.Lindqren), Svetik (“Miras”, H.Mirələmov) obrazları tamaşaçılar və teatr ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır. Aktrisa həmçinin “Arşınmalçı”, “Bəyin oğurlanması”, “Yuxu”, “Bomba”, “Kişiləri qoruyun”, “Döngələr”, “Bir ovuc torpaq”, “Oğurlanmış arzular”, “İkinci güllə” filmlərində də yaddaqalan rollar ifa etmişdir.

N.Eldarova mədəniyyət sahəsindəki xidmətinə görə 2014-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına, 2018-ci ildə Prezident mükafatına layiq görülmüşdür.

*     *     *

Mingəçevir Dövlət Dram Teatrının baş rəssamı, Azərbaycan Respublikasının Əməkdar rəssamı Haşımov Rafael Zeynal oğlu 1959-cu il yanvar ayının 28-də Mingəçevir şəhərində anadan olmuşdur. O, 1983-cü ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq məktəbini bitirmişdir. 1984-1989-cu illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsində ali təhsil almışdır.

Yaradıcılıq fəaliyyətinə 1990-cı ildə Mingəçevir Dövlət Dram Teatrında quruluşçu rəssam kimi başlamışdır. 2000-ci ildən etibarən baş rəssam vəzifəsində çalışır.

R.Haşımov çalışdığı müddət ərzində 100-dən artıq tamaşaya quruluş vermişdir. Bunlardan H.Cavidin “Afət”, M.Hüseynin “Cavanşir”, “Şeyx Şamil”, İ.Mərcanlının “Xocalı notları”, T.Vəliyevanın “Mənim ağ göyərçinim”, C.Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi”, A.Mədətovun “Aylı gecə”, R.Rəhimlinin  “Gizli məhəbbət” kimi tamaşalara uğurlu bədii tərtibat vermişdir.

Onun quruluş verdiyi H.Cavidin “Ana” tamaşası 2003-cü ildə “Qızıl dərviş” mükafatına layiq görülmüşdür.

Rafael Haşımov mədəniyyət sahəsindəki xidmətinə görə 2013-cü ildə Azərbaycan Respublikasının Əməkdar rəssamı fəxri adına layiq görülmüş,  2018-ci ildə “Tərəqqi medalı” ilə təltif olunmuşdur.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb