Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1687

60 illik yubileyləri münasibətilə teatr sahəsində çalışanlar nazirlik tərəfindən mükafatlandırılıb

Mədəniyyət sahəsində uzunmüddətli fəaliyyəti və 60 illik yubileyləri münasibətilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru İsmayılzadə Naidə Məbud qızı və Salyan Dövlət Kukla Teatrının baş rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı Mirzəyev Rafiq İsmayıl oğlu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrləri ilə mükfatlandırılmışdır.

Məlumat üçün bildiririk ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru İsmayılzadə Naidə Məbud qızı 1959-cu il mart ayının 9-da Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Teatrşünaslıq” fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə 1981-ci ildə “Azərbaycanfilm” Kinostudiyasında başlayan N.İsmayılzadə 1984-1989-cu illərdə Azərbaycan Dövlət Filarmoniyasında böyük redaktor kimi işləmişdir. 1989-2006-cı illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində, 2006-2018-ci illərdə isə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində çalışan  N.İsmayılzadə işlədiyi müddətdə Nazirliyin İncəsənət idarəsində baş inspektor, Repertuar-redaktor Kollegiyasının üzvü, baş mütəxəssis, Teatr şöbəsinin müdiri vəzifələrini icra etmişdir. 2018-ci il iyun ayının 1-dək İncəsənət şöbəsinin Teatr sektorunun müdiri vəzifəsində çalışmışdır.

N.İsmayılzadə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına əsasən respublikada keçirilən  bir  çox irimiqyaslı dövlət səviyyəli tədbirlərin, Bakı Beynəlxalq Teatr Konfransının, “Cırtdan” Beynəlxalq Kukla Teatrı Festivalının, Şəki Beynəlxalq Teatr Festivalının təşkilatçılarından, “Teatr və Teatr fəaliyyəti haqqında” Qanunun, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının müəlliflərindən biridir. “Yaddan çıxmaz Qarabağ”, “Deyilən söz yadigardır”, “Bakıda teatr görüşləri” layihələrinin müəllifidir.

Həmçinin onun türk dilindən tərcümə etdiyi T.Cücenoğlunun “Qadıncıqlar”, T.Özakmanın “Ocaq”, S.Şendilin “Yeddi ərli Hürmüz”, rus dilindən tərcümə etdiyi E.de Filipponun “Vinçenso de Pretori”, A.Ekzüperinin “Balaca şahzadə”, B.Şounun “Piqmalion”. A.Saqarelinin “Xanuma”, Hidəyətin “Bu dünyanın adamları” əsərləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Teatrında, Azərbaycan Dövlət Rus Dram Teatrında, Azərbaycan Dövlət Kukla Teatrında, Gəncə Dövlət Dram Teatrında, İrəvan Dövlət Azərbaycan Dram Teatrında tamaşaya qoyulmuşdur.  

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən N.İsmayılzadə 2009-cu ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.

Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.  

*      *      *

Salyan Dövlət Kukla Teatrının baş rejissoru, Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı Mirzəyev Rafiq İsmayıl oğlu 1959-cu il mart ayının 22-də Bakı şəhərində anadan olmuşdur.

1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olmuş, 1988-ci ildə oranı bitirmiş, Lənkəran Dövlət Dram Teatrında aktyor kimi çalışmışdır.

Lənkəran Dövlət Dram Teatrında Xlopov (“Müfəttiş”, N.V.Qoqol), Sandro (“Andro və Sandro”, G.Xuqaev), Leandr (“Skapenin kələkləri”, J.B.Molyer), Qaraçuxa (“Büst”, S.Səxavət), Çelentano (“Toyda Çelentano oxuyur”, Ə.Səmədli), Mirzə Hüseyn (“Toy”, S.Rəhman) və s. obrazlarını ifa etmişdir. 

1996-cı ildən Salyan Dövlət Kukla Teatrında baş rejissor vəzifəsində çalışır. İşlədiyi müddətdə F.Məmmədovun “Tələ quran özü düşər”, Ə.Səmədlinin “Cırtdan”, “Keçəlin toyu”, “Əhmədin vəfalı xoruzu”, “Artıq tamah baş yarar”, “Əzablı günlərin sonu”, Ü.Hacıbəylinin “Arşın mal alan”, A.Şaiqin “Danışan Kukla”, “Qaraca qız”, R.Rəhimovun “Göyçək Fatma”, Anarın “Qaravəlli”, İ.Coşqunun “Tülkü həccə gedir”, F.Ağayevin “Cırtdan və Sehrbaz”, R.Həsənlinin “Ağca və Sarıca”, S.Nuruqızının “Gəlinciklər”, O.Ümmanın “Qızıl balığın nağılı”, Y.Çernyakın “Güllü və Güloğlan”, Süleyman və Həmdiyyə Lətipovların “Kral və əks-səda”, R.Mirzənin “Hiyləgər tülkü və xoruz”, Ə.Ağayevin “Pişik balasının səhvi”, Ə.Əhmədovanın “Necə boz ayı, aldı ev payı”, A.Salmanlının “Sehrli kisəcik”, R.Kiplinqin “Başlı-başına gəzən pişik” pyeslərinə quruluş vermişdir.

Rafiq Mirzəyev mədəniyyət sahəsindəki xidmətlərinə görə 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına və Prezident mükafatına layiq görülmüşdür.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib