Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2031

Yaponiyanın NHK telekanalı UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən sessiyası barədə məlumat yayıb

Yaponiyanın NHK telekanalı UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası barədə məlumat yayıb.

Məlumatda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iyunun 30-da Azərbaycanın paytaxtı Bakı şəhərində başladığı qeyd edilib. Vurğulanıb ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verməkdir. Bu məqsədlə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra UNESKO ilə sıx əməkdaşlıq qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib.

Bildirilib ki, iyulun 10-dək davam edəcək sessiya zamanı müxtəlif ölkələrdən Dünya İrs Siyahısına daxil edilmək üçün ünvanlanmış 36 müraciətə baxılacaq. Həmin siyahıya Yaponiyanın Osaka prefekturasındakı Mozu-Furuiçi qədim qəbiristanlıq təpələrinin də daxil edilməsi nəzərdə tutulub. Eramızın IV əsrinin sonundan V əsrinin sonunadək yaradılan bu kurqanlar beynəlxalq ekspertlər qrupu tərəfindən UNESKO-nun Dünya İrs Siyahısına daxil edilmək üçün tövsiyə olunub.

Mozu-Furuiçi təpələri IV əsrin sonlarından VI əsrin sonlarınadək inşa edilən 49 kurqandan ibarətdir. Bunların 23-ü Sakai şəhərinin Mozu rayonunda, 26-sı isə Habikino və Fuciidera şəhərləri arasındakı Furuiçi rayonunda yerləşir.

Mozu vilayətinin kurqanları arasında İmperator Nintokunun 486 metr uzunluğunda kurqanı da var. Bu, Yaponiyada açar yeri şəklində olan ən böyük kurqan hesab edilir.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi