Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2396

Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası davam edir

UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 2-də plenar iclasla öz işini davam etdirib. İclasda üzv dövlətlərlə məşvərət qrupları arasında dialoqun gücləndirilməsinə həsr olunan hesabat müzakirələri aparılıb.

İclası açan sessiyanın Təşkilat Komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev müzakirə olunacaq hesabatdan söz açıb, hər bir iştirakçını müzakirələrdə fəal olmağa çağırıb.

Sonra Norveç, Tanzaniya, İndoneziya, Bəhreyn, Braziliya, Macarıstan, Küveyt, Qvatemala, Tunis, Avstraliya, Azərbaycan, Çin və digər ölkələrin təmsilçiləri  təqdim olunan hesabatla bağlı fikirlərini bölüşüblər.

Bəhreyn nümayəndəsi çıxışı zamanı ərəb regionu ilə bağlı təcrübələrini bölüşüb. Bildirib ki, ərəb dövlətləri üçün bu sahədə təlimlər keçirilə bilər.

Çıxışlarda diqqətə çatdırılıb ki, dialoq məşvərət qrupları ilə üzv ölkələr arasında olan münasibətlərin şəffaflığına xidmət edəcək, ortaya çıxan qeyri-müəyyənliklərlə bağlı müxtəlif mexanizmlərin işə salınmasına müsbət təsir göstərəcək. Vurğulanıb ki, 15 ildən artıqdır Dünya İrs Komitəsinin siyahısında növbə gözləyən təhlükə ilə üzləşən obyektlər üçün dialoqların qurulması vacibdir. Bu dialoq həm də məlum konvensiyaya inamı artırmağa xidmət edər.

İclasda həmçinin məşvərət qurumları modellərin hazırlanması ideyası ilə çıxış ediblər. Vurğulanıb ki, dialoqun aparılması xüsusi olaraq qərarların optimallaşmasına xidmət edəcək. Üzv ölkələrin nümayəndələri qeyd edib ki, bu sahədə dialoq işin ardıcıllığına, xidmət etməli, nəticələri dəyişməyə meyilli olmalıdır. Çünki qloballaşma prosesində ortaya çıxan mənfi halların aradan qaldırılması məhz dialoq vasitəsilə reallaşa bilər.

Plenar iclas zamanı Mədəni mülkiyyətin mühafizəsi və bərpasının öyrənilməsi üzrə beynəlxalq mərkəzin (ICCROM) və Təbiətin Mühafizəsi naminə Beynəlxalq Birliyin İCUN nümayəndələri çıxışlarında bildiriblər ki, nominasiyaların müzakirəsi prosesində üzv dövlətlərin dialoqu mədəni irsə münasibətdə daha optimal yanaşmalara vəsilə olar, təhlil və qərar prosesini sürətləndirər. Çıxışlarda Dünya İrs Komitəsinin son illər gördüyü işlərdən və dünyada mədəni irsin qorunması istiqamətində reallaşdırılan layihələrdən də söz açılıb.

Müzakirələr zamanı həmçinin Azərbaycanın təklif etdiyi “Nominasiya prosesində ilkin siyahıların hazırlanması, reaktiv monitorinqin aparılmasında effektiv və konstruktiv dialoqun qurulması” bəndi də hesabata əlavə edilib. Ölkəmizin təklifi üzv dövlətlərin iştirakçıları tərəfindən qəbul olunub. Daha sonra hesabatdakı müxtəlif bəndlərlə bağlı qərar layihələri müzakirə edilib.

İclasda Mali Respublikasında törədilmiş terror aktı nəticəsində həyatını itirən insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Plenar iclasda gündəlikdə yer alan əsas məsələlərindən biri - Dünya irs mülkiyyətinin konservasiyası vəziyyəti də müzakirə edilib.

***

Plenar iclasda sonra Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən Abidə Menecerləri Forumuna həsr edilmiş hesabat dinlənilib. Bildirilib ki, Abidə Menecerləri Forumu UNESKO-nun Mədəni irs siyahısında yer alan abidələrin idarə edilməsi ilə məşğul olan mütəxəssisləri bir araya gətirmək baxımdan böyük əhəmiyyət kəsb edir. Forum abidə menecmenti üçün təcrübə mübadiləsi, ən son yeniliklərlə bağlı məlumat mübadiləsi sarıdan vacib platformadır.

Daha sonra Abidə Menecerləri Forumunun bəyanatı oxunaraq qəbul edilib. Bəyanatda birgə ideyalar, dayanıqlı inkişaf, təcrübə mübadiləsi, regional və beynəlxalq səviyyədə əlaqələrin qurulması, birgə addımların atılması və digər məsələlər öz əksini tapıb.

Dünya İrs Komitəsinin direktoru xanım Mextild Rossler hesabatdakı 7-ci bəndlə bağlı məlumatları diqqətə çatdırıb. O, effektiv və konstruktiv yanaşma məsələləri, idarəçilik planları, turizmin düzgün idarə olunması və dünya mədəni irsinə turizmin təsiri haqqında fikirlərini səsləndirib.

Plenar iclas hesabat ətrafında müzakirələrlə davam edib.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi