Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1503

Şabranda “Regional mədəniyyət günü” keçirildi

Şabran rayonunda Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə start verilən Regionda mədəniyyət günləri çərçivəsində yekun sərgi-konsert proqramı təşkil edildi. Tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin Başçısı Novruz Novruzov, Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev və digər qonaqlar iştirak ediblər. İlk öncə qonaqlar Şabran rayon Mədəniyyət Mərkəzinin qarşısında təşkil edilən sərgi ilə tanış olublar. Sərgidə regiona daxil olan rayonların sənətkarlarının əl işləri, mətbəx nümunələri, rayonların tarixini əks etdirən qədim əşyalar, turizmə aid foto-stendlər nümayiş olunmuş, həmçinin kitab sərgisi təşkil edilmişdir.

Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev tədbirin açılışında çıxış edərək ilk öncə “18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik günü” münasibəti ilə tədbir iştirakçılarını təbrik etmişdir. N.Ağayev çıxışının davamında bildirmişdir ki,  regional idarə tərəfindən regionda təşkil edilən belə tədbirlərin əsas məqsədi dövlətin mədəniyyət siyasətini həyata keçirmək, rayonların qədim adət-ənənələrini yaşatmaq və təbliğ etmək, həmçinin rayonlarda fəaliyyət göstərən mədəniyyət sahəsində çalışanların peşəkarlığının daha da artırılmasıdır.

Daha sonra tədbir region mədəniyyət və incəsənət ustalarının, folklor kollektivlərinin çıxışları ilə davam etmişdir. Tədbir tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

 

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb