29 may 2018- ci il, saat 11:00- da F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Bakı şəhər Yasamal rayonundakı M.N.Tusi adına 173 saylı orta məktəbin birgə hazırladıqları müsəlman Şərqində qurulmuş ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş “Açıq dərs – Açıq fikir” adlı tədbir keçiriləcək. Tədbirdə şagirdlər Cümhuriyyət dövrünün yazıçılarını (H.Cavid, Ə.Cavad, Ü.Hacıbəyli, Ümmügülsüm, F.Köçərli, Y.Çəmənzəminli və s.) canlandıracaq, onların hazırladıqları “Cümhuriyyətin 100 illik işığında” adlı video çarx və kitab sərgisi nümayiş olunacaqdır. Tədbirin keçirilməsində məqsəd şagirdlərdə milli mənəvi hissləri yüksək şəkildə dəyərləndirmək, onlarda vətənpərvərlik eşqini daha da alovlandırmaq, müstəqillik, azadlıq uğrunda mücadilələri xatırlatmaqdır. Qeyd edək ki, “Açıq dərs”də ən fəal iştirak edən şagirdlər münsiflər heyətinin qərarı ilə diploma layiq görüləcəkdir. Açıq dərsə qiymət verən münfislər heyətinin tərkibində, AMEA- nın A.Bakıxanov adına Tarix İnstitunun Azərbaycan Xalq Cumhuriyyəti Şöbəsinin əməkdaşları, Təhsil Nazirliyi Bakı Şəhəri Üzrə Təhsil İdarəsindən nümayəndələr və tədbirdə digər qonaqların iştirakı nəzərdə tutulub.