Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin çox uğurlu şəkildə tətbiq edilən layihələrindən biri də "Açıq kitabxana" layihəsidir ki, Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən rayon kitabxanaları da artıq neçə ildir ki, bu layihəyə qoşulmuşdur.
Bu səpkidə növbəti tədbir 5 iyul 2018-ci il tarixində Heydər Əliyev adına Ağdaş şəhər parkında keçirilmişdir. Ağdaş rayon Mərkəzi kitabxanası, Uşaq şöbəsi və 65 saylı filial kitabxana tərəfindən təşkil edilmiş, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirdə Ağdaş rayon mədəniyyət işçiləri, tələbələr, şagirdlər, ziyalılar, ağsaqqallar, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Sərgilərdə uşaqlara həsr olunmuş şeirlər, sevimli nağıllar, tapmaca kitabları, Cümhuriyyətin 100 illiyinə həsr olunmuş kitablar, həmçinin yeni çap olunmuş kitablar, bütövlükdə 100 addan çox və 500 nüsxəyə yaxın müxtəlif mövzularda kitablar nümayiş olunmuşdur. "Açıq kitabxana" lahiyəsi kitabxanalara yeni oxucu cəlb edilməsinə şərait yaradır. Həmin gün rayon kitabxanalarına 70-ə yaxın yeni oxucu üzv yazılmışdır.