Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1453

Adana festivalında Azərbaycan kinosunun 120 illik yubiley mərasimi böyük maraqla qarşılanıb

Türkiyənin Adana şəhərində keçirilən XXV Beynəlxalq Film Festivalı çərçivəsində Azərbaycan kinosunun 120 illiyinə həsr olunan yubiley mərasimi keçirilib.

Mərasim Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) tərəfindən birgə təşkil olunub.

Adana Atatürk Sənət Qalereyasında təşkil olunan tədbirdə Azərbaycan və Türkiyəni təmsil edən kino və teatr xadimləri, eləcə də çox sayda xarici qonaq və festival iştirakçısı qatılıb.

Əvvəlcə Azərbaycan kinosunun tarixini və inkişafını əks etdirən fotosərginin açılışı olub.

Sonra Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, Xalq Artisti Cahangir Novruzov, tanınmış kinorejissor Ayaz Salayev və Mədəniyyət Nazirliyinin əməkdaşı, ssenarist Elşad Əliyev Azərbaycan kinosunun tarixi və keçdiyi yol barədə iştirakçılara müfəssəl məlumat veriblər. Paneldə Azərbaycan kino tarixi, onun təkmilləşmə mərhələləri, müasir kinomuzun inkişaf dinamikası, o cümlədən bu sahəyə göstərilən dövlət qayğısından danışılıb.

Daha sonra Azərbaycan kinosunun tarixini əks etdirən, kinorejissor Yavər Rzayevin çəkdiyi “Biri var idi, biri yox idi” sənədli filminin nümayişi olub. Filmdə Azərbaycan kinosunun bütün mərhələlərinə nəzər salınır, ayır-ayrı filmlərdən fraqmentlər göstərilir. Həmçinin ümummilli lider Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyətini əks etdirən, Ulu Öndərin kino və mədəniyyət xadimləri, görkəmli yazıçılar və şairlərlə görüşlərindən maraqlı məqamlar əksini tapıb. Filmdə diqqətə çatdırılır ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanda kino sənətinin inkişafına böyük qayğı göstərilir. Dövlətimizin başçısının Azərbaycan kinosunun 120 illik yubileyinin qeyd olunması barədə Sərəncamı da bu qayğının bariz nümunəsidir. .

Sonda çıxış edən Adana böyükşəhər bələdiyyəsinin sədri Hüseyin Sözlü Azərbaycan kinosunun zəngin nümunələri ilə tanışlıqdan məmnunluğunu ifadə etdi. O, əminliklə qeyd etdi ki, Azərbaycan və Türkiyə bütün sahələrdə olduğu kimi, kino sahəsində birgə əməkdaşlıqla böyük uğurlar qazanacaq.

Qeyd edək ki, festival çərçivəsində “İçəri şəhər” bədii filminin nümayişi nəzərdə tutulub.

 

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi