Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
959

ADGTT-da 20 Yanvar hadisələrinin ildönümünə həsr olunan tədbir keçirilib

Yanvarın 18-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə Qanlı Yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunan sərgi və “Azadlığa gedən yol” adlı ədəbi-bədii tədbir keçirilib.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilən tədbirdə Müdafiə Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri iştirak edib.
Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğurunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirdə çıxışlar zamanı vurğulanıb, Azərbaycan tarixinə Qanlı Yanvar kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 28 il keçir. 1990-cı ilin 20 yanvar qırğını nə qədər faciəli olsa da Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizlik əzmini qıra bilmədi. Azərbaycan xalqı ötən əsrin sonlarında uzun illərdən bəri əsarətində olduğu sovet imperiyasına qarşı əliyalın, inamlı mübarizəyə qalxdı. 20 Yanvar faciəsi SSRİ-nin dağılma prosesində baş verən ən qanlı hadisələrdən biridir. 1988-ci ildən etibarən Ermənistanın ərazi iddiasına qarşı Dağlıq Qarabağda müharibəyə cəlb edilən Azərbaycan Respublikası həm torpaqların qorunması, həm də dövlət müstəqilliyi üçün mübarizə aparırdı. O dövrdə xalqın küçələrə axışması, mitinqlərdə iştirak etməsi ilə Azərbaycan suverenliyi, müstəqilliyi yolundan dönməz olduğunu bütün dünyaya sübut etdi.
Çıxışlardan sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında yer alan və 20 Yanvar hadisələrinə həsr edilmiş  yazıçı-dramaturq T. Vəliyevanın  “Mənim ağ göyərçinim” adlı tamaşa nümayiş etdirildi. Tamaşanın nümayişindən sonra Müdafiə Nazirliyi Şəxsi Heyəti qarşısında milli-mənəvi dəyərlərimizi təbliğ etdiyinə və hərbi vətənpərvərlik mövzusunda keçirilən tədbirlərdə yaxından fəal iştirak etdiyinə görə teatrın direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidov, Xalq artisti, rejissor Cənnət Səlimova, Əməkdar artist Nəsibə Eldarova, aktyorlar Asya Atakişiyeva, Mirzəağa Mirzəyev, İsa Əsədov, Kərəm Hadızadəyə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin rəhbərliyi adından fəxri fərmanlar təqdim olundu.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib