Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
694

Ağdaşda “Tarixin qan yaddaşı” adlı tədbir keçirilib

17 yanvar 2020-ci il tarixində Ağdaş rayon Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar “Tarixin qan yaddaşı” adlı tədbir keçirilib.

Ağdaş rayon Mədəniyyət Mərkəzinin, Mərkəzi kitabxananın və Ağdaş Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ilk öncə ərazi bütövlüyü uğrunda Şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra  20 Yanvar hadisələrini əks etdirən  video-çarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Seyfəddin Feyzullayev 30 il əvvəl Azərbaycan xalqının tarixində ən faciəli səhifələrdən birinə, eyni zamanda qəhrəmanlıq salnaməsinə çevrilən 20 Yanvar faciəsindən söz açıb. Qeyd edib ki, o gecə törədilmiş qanlı cinayət xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilməmiş, xalq öz yenilməzliyi və qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizəsini bütün dünyaya bəyan etmişdir. Məhz 20 Yanvar hadisələri xalqımızın milli azadlığına qovuşmasına təkan vermişdir.

Sonra rayon məktəblilərinin, rayon Mədəniyyət Mərkəzinin Xalq teatrının və bədii özfəaliyyət kollektivinin üzvlərinin ifasında 20 yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub.

Daha sonra çıxış edən Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev bildirib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuş hadisədən 30 il keçməsinə baxmayaraq, xalqımız o gecəni daim xatırlayır, həmin faciənin ağrısı ilə yaşayır.

Sonda tədbir iştirakçıları Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyinin kiçik üzvlərinin əl işlərindən “Tarixin qan yaddaşı” adlı sərgi ilə tanış olublar.

XƏBƏRLƏR

23.10.2020 15:58
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Zəngilandakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı BƏYANATI
20.10.2020 16:37
Mədəniyyət Nazirliyinin Xudafərin körpüləri ilə bağlı Bəyanatı
15.10.2020 18:02
Anar Kərimov Ermənistanın Gəncə şəhərinə raket hücumu ilə bağlı UNESCO baş direktoruna müraciət edib
14.10.2020 09:30
Şuşa qalasına həsr olunmuş virtual sərgi açılıb
12.10.2020 09:15
Mədəniyyət obyektlərinin oğurlanması və ya qeyri-qanuni ixracı ilə bağlı beynəlxalq onlayn konfrans keçirilib
09.10.2020 18:14
Mədəniyyət Nazirliyi “Qarabağnamə” layihəsini təqdim edir
09.10.2020 10:27
Mədəniyyət Nazirliyində Özbəkistan səfiri ilə görüş keçirilib
07.10.2020 11:35
Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq təşkilatlara müraciət ünvanlanıb
05.10.2020 11:13
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI
03.10.2020 16:18
“Ordumuz üçün yarat” layihəsinin təqdimatı keçirildi
03.10.2020 12:29
Anar Kərimov Rusiya və Kolumbiyanın ölkəmizdəki səfirləri ilə görüşüb