Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2337

Əməkdar İncəsənət xadimi, Prezident təqaüdçüsü aşıq Ədalət Nəsibovun sənət dünyasına həsr olunmuş “Ecazkar barmaqların sehrində” adlı tədbir keçirilmişdir

Qazax rayon Mədəniyyət Mərkəzində Ağstafa Regional  Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Əməkdar İncəsənət xadimi, Prezident  təqaüdçüsü aşıq Ədalət Nəsibovun sənət dünyasına həsr olunmuş “Ecazkar barmaqların sehrində” adlı Qazax, Ağstafa və Tovuz aşıqlarının iştirakı ilə böyük tədbir  keçirilmişdir. Tədbirdə Ağstafa Regional Mədəniyyət və Turizm  İdarəsinin rəisi Ramiz Quliyev, Qazax rayon İcra Hakimiyyəti Başçısının Humanitar Məsələlər üzrə müavini G.Həsənova,  Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri şair Barat Vüsal, Ağstafa və Tovuz rayonlarından gəlmiş mədəniyyət işçiləri, Qazax rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Tədbirin aparıcısı aşıq Ədalətin sevimli şagirdlərindən biri folklorşünas, Fəxri Mədəniyyət işçisi Məhəmmədəli Məşədiyev idi. Tədbiri giriş sözü ilə Ağstafa Regional  Mədəniyyət və Turizm İdarəsinin rəisi Ramiz Quliyev açdı. Daha sonra Qazax rayon İcra Hakimiyyəti Başçısının Humanitar Məsələlər üzrə müavini G.Həsənova və Azərbaycan Yazıçılar Birliyinin  Qazax Bölməsinin sədri şair Barat Vüsal çıxış etdi. Qeyd olundu ki, Ozan, aşıq sənəti Azərbaycanda xalq mühitində yaranmış şifahi xalq yaradıcılığının musiqi formasıdır və təsir gücü baxımından analoqu olmayan bir təzahürdür, daha doğrusu kiçik bir tamaşadır. Bu bədii yaradıcılıq formasının kökləri xalqımızın dərin tarixinə mövcudluq təcrübəsinə dayaqlanır və həyatın özündən zənginləşir.

Bildirilmişdir ki, ölkəmizdə aşıq sənəti həmişə diqqətdə saxlanılmış və aşıqların əməyi yüksək qiymətləndirmişdir. Bunun təzahürü olaraq 2016-cı ildə 7 nəfər aşığa “Əməkdar Mədəniyyət İşçisi” Fəxri adının verilməsi dediklərimizə əyani sübutdur. Həmçinin, aşıq sənəti 2009-cu ildə YUNESKO-nun qeyri - maddi mədəni irs siyahısına daxil edilmişdir.

Tədbirdə vurğulandı ki, Mədəniyyət və Turizm Nazirliyi aşıq  sənətinin inkişafını və bu sahəyə xüsusi diqqət göstərilməsini Regional İdarələrin qarşısında mühüm  məsələ  olaraq  qoymuşdur.

Qazax, Ağstafa, Tovuz  həm  də  sazın-sözün  beşiyidir. Təsadüfi  deyil  ki, 2010-cu ildə Qazax  Azərbaycanın  Folklor  Paytaxtı  elan  edilmişdir. Bu  baxımdan  həm  birinci, həm  də  ikinci  Beynəlxalq  Aşıq  festivalı  çərçivəsində  Qazax  və  Tovuz  rayonlarındada  tədbir  keçirilməsi heç  də  təsadüfi  deyil. Azərbaycan  aşıq  sənətinin  çox  mötəbər  simalarından  biri, Əməkdar İncəsənət  Xadimi, Prezident  təqaüdçüsü  aşıq  Ədalət  Nəsibovun  “Sənət  dünyası”na  həsr  etdiyimiz  Tovuz, Ağstafa, Qazax  aşıqlarının  bu  günkü  konserti  bu  tətbirlərin  məntiqi  davamıdır. Tədbirin rəsmi hissəsindən sonra bədii hissəsi aşıq Ədalətin yaradıcılığını əks etdirən aşıq havalarında ibarət geniş proqramla davam etdirildi.

Qeyd edək ki, ümumilikdə tədbirdə 20-dən artıq regionun 400 nəfərdən çox tamaşaçı və aşıqları iştirak etdi.

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!