Ağstafa Regional Mədəniyyət və Turizm idarəsinin müəssisələrində 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş bir sıra tədbirlər keçirib
Qazax rayon Elmar Hüseynov adına Mərkəzi Kitabxana, Uşaq şöbəsi, şəhər 1 saylı, Qazaxbəyli, N. Nərimanov qəsəbə, Yuxarı Salahlı kənd 1 və 2 №-li, Canallı, Quşçu Ayrım, Alpout, Cəfərli, Məzəm, Xanlıqlar, Dəmirçilər kənd kitabxana filialları 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş “20 Yanvar: Hünər və qeyrət günü”, “Tariximizin şərəf və qəhrəmanlıq zirvəsi ”, “Qanlı Yanvar”, “20 Yanvar” səhifəsi”, “20 Yanvar - Hüzn günü”, “Xalqımızıin hüzn və şərəf günü”adlı anım tədbirləri və məruzələr keçirib.
Mədəniyyət işçiləri, fəal oxucuların və tələbələrin iştirak etdiyi tədbirlər 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
MKS-in direktoru Solmaz Babanlı çıxışında 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı törədilən terror aktı olmasından, bu hadisələrdə Azərbaycanın yüzlərlə oğul və qızları suverenlik və müstəqillik uğrunda şəhid olaraq gələcək nəsillərə istiqlaliyyət və azadlıq bəxş etmələrindən məlumat verib.
Tədbirlərdə 20 Yanvar hadisələrini əks etdirən video-çarx nümayiş etdirilib, şəhidlərə, Vətənə həsr olunan şeirlər söylənilib, şeir müsabiqəsi keçirilib.
Hər bir kitabxana 20 Yanvar faciəsi haqqında çap edilən kitab və qəzetlərdən tərtib olunmuş sərgiləri iştirakçılara təqdim edib.
N. Nərimanov qəsəbə kitabxana filialı Firidun bəy Köçərlinin anadan olmasının 155 illiyi münasibətilə “Firidun bəy Köçərli – 155” adlı söhbət keçirib, Qazaxbəyli kənd kitabxana filialı “Uşaqların nağıl dünyası” adlı Səyyar kitabxana xidməti təşkil edib.