7 fevral 2019–cu il tarixdə E.Hüseynov adına Mərkəzi kitabxananın Uşaq şöbəsi Ş.Çobanov adına Ağköynək kənd tam orta məktəbin müəllim və şagirdləri ilə birlikdə akt zalında Azərbaycanın Milli Qəhrəmanı İbrahimov Mübariz Ağakərim oğlunun anadan olmasının 31 illiyi ilə əlaqədar “Əfsanəvi qəhrəman-Mübariz İbrahimov” adlı görüş keçirib.Tədbirdə Uşaq şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdlərindən bir qrup iştirak edib. Tədbirdə Şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan şöbənin multimedia
resursları üzrə mütəxəssis Musayeva Gülbəsti Milli Qəhrəmanın həyat və döyüş şücaəti haqqında qısa və ətraflı məlumat verib. Məktəbin təşkilatçısı Abdullayeva Aygün, ədəbiyyat müəllimi Qasımova Şölə, tarix müəllimi Həsənova Yeganə Mübariz İbrahimovun əfsanəvi qəhrəmanlığından danışıb və vətənpərvərliyinin bu günkü gənclərə örnək olduğunu qeyd ediblər.Sonda şagirdlərdən Əliyeva Turanə dahi Səməd Vurğunun "Ölüm var ki, həyat qədər dəyərli" – misrasının məhz Mübariz İbrahimov kimi Qəhrəmana aid olduğunu qeyd edib. Şagirdlərdən Süleymanova Mədinə, Musayeva Ayda, Hacalıyeva Aysu, Mahmudzadə Cavidan Mübariz İbrahimovun Vətən sevgisiylə bizlərə örnək olduğunu qeyd ediblər və igid Qəhrəmana həsr olunmuş şeirlər söyləyiblər.