Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2631

Ağstafada ulu öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində  tədbir keçirildi.

Öncə tədbir iştirakçıları bir dəqiqəlik sükutla ulu öndərin əziz xatirəsini yad etdilər.

Tədbiri giriş sözü ilə açan Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov qeyd etdi ki, 1969-cu ildən Azərbaycana rəhbərlik edən Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi məmləkətini nəinki keçmiş SSRİ-də, hətta dünyada sivil bir respublika kimi tanıtmış, milli varlığımızı beynəlxalq aləmə nümayiş etdirmişdir. O illərin rəşadəti və şöhrəti XX əsr tariximizə qızıl hərflərlə yazılmışdır.

Diqqətə çatdırılıb ki, Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan 1993-cü ildən sonrakı on il ərzində böyük və şərəfli yol keçdi. 1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi yaddaşlarda və tarixdə qaldı. Bu illər ərzində dövlətçiliyin əsasları qoyuldu.

Azərbaycan dünya birliyinə özünü təqdim etdi, beynəlxalq əlaqələri inkişaf etdi. Dünya xəritəsində Azərbaycan özünə layiq yer tutdu, nəhəng sosial və iqtisadi islahatlar uğurla aparıldı. Azərbaycan bir neçə beynəlxalq təşkilata üzv oldu, ölkəmizə böyük həcmdə investisiyalar cəlb edildi. Azərbaycan belə bir möhkəm zəmin əsasında bu gün də inkişaf edir.

Böyük iftixar hissi ilə qeyd edə bilərik ki, Prezident İlham Əliyev tərəfindən Ümummilli Liderimizin siyasi kursu uğurla davam etdirilir. Bu siyasətə sədaqətlilik Azərbaycan xalqında parlaq gələcəyə inamı daha da artırıb.

Tədbirdə həmçinin, Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Abdullayeva, Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova və başqaları çıxış edərək dahi şəxsiyyətin keçdiyi şərəfli ömür yolundan və doğma xalqına misilsiz xidmətlərindən danışdılar.

Tədbir Ulu Öndər Heydər Əliyevin həyat və ictimai-siyasi fəaliyyətindən bəhs edən “Xalqa Bağışlanan Ömür” adlı filmin nümayişi ilə davam etdirildi.

XƏBƏRLƏR

21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
14.08.2019 15:46
Milli Kitabxanada “Eşqin səsi” kitabının təqdimatı keçirilib
14.08.2019 12:49
Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb