19.02.2018 04:04
Nəhayət ki, 18 fevral 2018-ci il tarixində “Şahdağ” Turizm Mərkəzində son illərin və bu qışın ən əyləncəli və maraqlı yarışı baş tutdu.
Maraqlı konsept, fəndin (tullanmanın) yerinə yetirilməsi, geyimlərin, ümumilikdə çıxışların kreativliyi və tamaşaçı simpatiyası nəzərə alınaraq öz yaradıcı geyim və səhnəcikləri ilə fərqlənən 20 komanda arasından 4 komanda qalib olmuş, müxtəlif hədiyyələr qazanmışlar.
Məlumat üçün deyək ki, “Şahdağ” Turizm Mərkəzi artıq üçüncü dəfədir ki, “Red Bull Shakh Carpet”, yəni “Xalçaların Şahı” adlanan müsabiqəyə ev sahibliyi edir.