18.12.2018 11:30
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə
19 dekabr 2018-ci il tarixində, saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında şairə Nurəngiz Günün 80 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.Tanınmış ədəbiyyat və incəsənət xadimlərinin qatılacağı tədbirdə Nurəngiz Günün həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatına töhfələrindən danışılacaq. Həmçinin, sevilən müğənnilərin ifasında musiqilər səsləndiriləcək.