Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
241

Akademik Milli Dram Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb

Akademik Milli Dram Teatrında “Filumena Marturano” adlı yeni tamaşanın məşqlərinə başlanılıb.

Tamaşa məşhur italyan dramaturqu Eduardo de Filipponun eyniadlı əsəri əsasında hazırlanacaq. Səhnə əsərinin bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqsləri quruluşçusu Lalə Hacıyeva, rejissor assistentləri Dilbər İsmayılova və Könül Kərimovadır. 

Əsəri Azərbaycan dilinə yazıçı Ülviyyə Heydərova tərcümə edib.

Tamaşada xalq artistləri Bəsti Cəfərova (Filumena Marturano), Ramiz Novruz (Domeniko Soriano), Cəfər Namiq Kamal (Alfredo Amorozo), aktyorlar Ləman İmanova (Rozaliya Solimene), Fəridə Şahbazova və Güney Əkbərova (Diana), Firuzə Balayeva (Luçiya - qulluqçu), Elnur Qədirov (Umberto), Corc Qafarov (Rikkardo), Vüsal Mustafayev (Mikele), Cavidan Novruz (Noçella – vəkil), əməkdar artist Mehriban Xanlarova (Terezina – dərzi) və aktrisa Xədicə Novruzlu (Ofisiant – Terezinanın qızı) çıxış edəcək.

Qeyd edək ki, Eduardo de Filippo bu məşhur əsəri 1946-cı ildə qələmə alıb. Elə həmin il Neopldakı Politeama teatrında tamaşanın dünya premyerası keçirilib. Tamaşa Filumena Marturano adlı qadının zəngin kişi Domeniko Soriano ilə mübarizəsindən bəhs edir. Əsərdəki əsas motiv insanlar arasında sosial ziddiyyətlər, qadın hüquqları və cəmiyyətdəki təbəqələşmənin törətdiyi fəsadlardır.

XƏBƏRLƏR

22.02.2020 10:50
Muğam Mərkəzində Xalq artisti Rübabə Muradovanın xatirəsi anılıb
22.02.2020 10:47
Musiqili Teatrda “Beş manatlıq gəlin” komediyasının premyerası olacaq
21.02.2020 17:28
Muzey Mərkəzində “Xocalıda can qaldı” adlı tədbir keçirildi
21.02.2020 16:28
Teatr Muzeyində " 21 Fevral -Ana Dili Günü" nə həsr olunmuş tədbir keçirildi
21.02.2020 15:56
Gənclər Kitabxanasında “Xocalı harayı” adlı tədbir keçirilib
21.02.2020 11:26
Mədəniyyət nazirinin müavinləri regionlarda vətəndaşlarla görüşüb
21.02.2020 11:18
İrəvan Dövlət Azərbaycan Dram Teatrı qastrol səfərinə yola düşür
21.02.2020 11:14
Özbəkistanın Gənc Tamaşaçılar Teatrı Bakıda çıxış edəcək
21.02.2020 11:07
“Ən böyük sərvətimiz - Ana dili” adlı tədbir keçirilib
21.02.2020 10:01
“Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika Müşavirəsi keçiriləcək
21.02.2020 09:37
Mariinski Teatrı “Məhəbbət əfsanəsi” tamaşasını Arif Məlikova həsr edib
21.02.2020 09:06
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib
20.02.2020 17:27
Ağsuda Əlibaba Məmmədovun 90 illiyi qeyd olunub
20.02.2020 16:32
Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın geniş tərkibdə görüşü olub
20.02.2020 15:48
“Türkologiya” jurnalı və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında memorandum imzalanıb
20.02.2020 15:13
Sahənin inkişafı naminə elmi metodların inteqrasiyası
20.02.2020 11:09
“Doğma dilim, ana dilim” adlı tədbir keçirildi
20.02.2020 10:46
Gənc fotoqrafın fərdi sərgisi
20.02.2020 10:44
Gənc pianoçu Estoniyada Qran-pri mükafatına layiq görülüb
20.02.2020 10:41
Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır