Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4858

Akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş rəsm sərgisinin açılış mərasimi keçirildi

Aprelin 24-də Bakıdakı “Qalereya 1969” salonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr edilmiş sərgi keçirildi. Sərgi Mədəniyyət Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşdi.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək akademik Zərifə xanım Əliyevanın oftalmologiya elmi sahəsində fəaliyyətindən danışdı, sərgi haqqında geniş məlumat verdi. Qeyd olundu ki, sərgidə Azərbaycan rəssamlarının 23 əsəri nümayiş olunur: “Bu əsərlər Zərifə xanıma, eləcə də Azərbaycan qadınlarına həsr olunub. Akademik Zərifə Əliyeva elmi fəaliyyəti ilə yanaşı, Azərbaycan mədəniyyətinə hər zaman diqqət ayırıb, mədəniyyət və incəsənət xadimləri ilə sıx münasibətlər qurub. O, eyni zamanda evinin xanımı, gözəl ana olub. Ulu öndər Heydər Əliyevə işlərində dəstək olub, istedadlı və bilikli övladlar böyüdüb. Bu sənət əsərləri də Zərifə xanımın əziz xatirəsinə ehtiramın nümunəsidir”.

Mədəniyyət naziri Əbülfəs Qarayev Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolundan geniş söz açdı. Vurğuladı ki, görkəmli alim hər zaman öz qayğıkeşliyi və səmimiyyəti ilə insanların rəğbətini, ehtiramını qazanıb: “Artıq bu sərginin keçirilməsi ənənə halını alıb. Akademik Zərifə xanım Əliyeva haqqında tədbirlərin mədəniyyət ocaqlarında keçirilməsi onun Azərbaycan mədəniyyətinə verdiyi dəyərdən irəli gəlir. Ulu öndər Heydər Əliyev və ailəsi mədəniyyət və incəsənətə hər zaman böyük qayğı göstərib. Zərifə xanım da Azərbaycan mədəniyyətinə öz diqqətini heç vaxt əsirgəməyib”.

Bildirildi ki, tarixən Azərbaycanda qadına, anaya böyük sevgi, hörmət bəslənilib. Bu il yaranmasının 100 ili tamam olan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən dünyanın bir çox ölkələrindən öncə qadınlara səsvermə hüququ verilib. Bu da qadınların cəmiyyətimizdə nə qədər önəmli yer tutduğunu bir daha sübut edir.

Nazir vurğuladı ki, Zərifə xanım respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.

Daha sonra akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı.

Zərifə xanım Əliyevanın şərəfli ömür yolu və fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu.

Sonda tədbir iştirakçıları sərgiyə baxdılar.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb