Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
886

Ali təhsil ocaqları ilə mehmanxana müəssisələrinin işbirliyi müzakirə olundu

Dekabrın 13-də “Divan Express” hotelində Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Azərbaycan Turizm Assosiasiyasının birgə təşkilatçılığı ilə “Ali təhsil ocaqları ilə mehmanxana müəssisələri arasında qarşılıqlı iş birliyi” mövzusunda elmi seminar keçirildi.

Tədbirdə çıxış edən ATMU-nun rektoru İlham Mədətov ali təhsil müəssisəsinin ölkəmizin turizm sənayesi üçün ixtisaslı kadr hazırlığından danışdı. Qeyd etdi ki, turizm sahəsində çalışacaq gənc kadrların hazırlanmasında istehsalat təcrübəsinin xüsusi önəmi var: “Bunun üçün ən yaxşı metodlardan biri turizm müəssisələri ilə daha geniş əməkdaşlığın qurulmasıdır. ATMU yarandığı gündən bu sahəyə xüsusi diqqət yetirir. Tələbələrimiz Azərbaycanla yanaşı, 15-dən artıq xarici ölkədə təcrübə keçirlər. Ölkəmizdə ilk dəfə olaraq məhz ATMU-da 22 həftəlik istehsalat təcrübəsi həyata keçirilib”.

İlham Mədətov vurğuladı ki, hazırda Azərbaycanda turizm sənayesi özünün inkişaf dövrünü yaşayır. Buna görə də turizm sənayesi üçün daha təcrübəli kadrların hazırlanması istiqamətində qarşılıqlı fəaliyyət genişləndirilməlidir.

ATMU-nun Mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev elmi seminarın mövzusu haqqında məlumat verdi. Bildirdi ki, bugünkü tədbirin əsas məqsədi kadr hazırlığının həyata keçirilməsində turizm müəssislərinin təkliflərini dinləmək və qarşılıqlı müzakirə etməkdir: “Bəzi hallarda tələbələrimiz öz ixtisasları üzrə iş tapmaqda çətinlik çəkirlər. Ona görə də müvafiq sahə üzrə müəssisələrin rəhbərləri ilə müzakirələrin aparılmasını vacib sayırıq. Belə problemlərin aradan qaldırılması istiqamətində turizm obyektləri ilə qarşılıqlı fəaliyyətin təşkil olunması ümumi işimizin müsbət yöndə irəliləməsinə təkan verə bilər”.

Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Turizm sənayesi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov nazirlik tərəfindən ölkəmizdə turizm sənayesi üçün yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində görülən işlərdən danışdı. Eləcə də gənc kadrların işlə təmin olunması məqsədilə “Karyerada ilk addım” devizi altında təşkil edilən əmək yarmarkalarının əhəmiyyətini vurğuladı.

ATMU-nun tədris işləri üzrə prorektoru Eldar Aslanov, Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev, “New Baku” hotelinin baş meneceri Ceyhun Aşurov və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən danışdılar. ATMU ilə turizm müəssisələri arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində bu cür görüşlərin davamlı təşkilinin vacibliyi qeyd olundu.

Daha sonra tədbir müzakirələrlə davam etdi.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi