Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
650

Şamaxıda “Vətən! Ordu! Şərəf!” adlı vətənpərvərlik mövzusunda konsert proqramı təqdim olunub

Şamaxıda “Mədəniyyət həftəsi” çərçivəsində “Vətən! Ordu! Şərəf!” adlı vətənpərvərlik mövzusunda konsert proqramı və “Neft və mədəniyyət xalqın sərvəti kimi” mövzusunda elmi praktiki konfrans keçirilib. Tədbir Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin, Şamaxı Rayon İcra Hakimiyyətinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşəbbüsü ilə təşkil olunub.

Konsertdə paytaxtımızdan dəvət olunan aktyorlar, uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri çıxış ediblər.

Günün ikinci yarısında rayonun Heydər Əliyev Mərkəzində “Neft və mədəniyyət xalqın sərvəti kimi” mövzusunda elmi praktiki konfrans baş tutub. Konfransda Şamaxı Rayon İcra Hakimiyyətinin birinci müavini Qasım Qasımov, mərkəzin direktoru Asif Usubəliyev, elmi katibi Cavid Əliyev, SOCAR, AMEA və müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri çıxış ediblər.

Vurğulanıb ki, iki milli sərvətimiz olan mədəniyyət və neft arasında əlaqələr sayəsində əsrlərdən bəri möhtəşəm layihələrə imza atılır.

Konfransı yekunlaşdıraraq mərkəzin direktoru Asif Usubəliyev sənaye, mədəniyyət və humanitar sahələrinin sintezi olan bu konfransın keçirilməsini dəstəkləyib, mərkəzin fəaliyyətindən, mədəniyyətimizin inkişafından, zəngin tariximizdən bəhs edib. Qeyd olunub ki, bir-birindən fərqli sahələrin sintezi ölkəmizin inkişafına daha uğurlu və maraqlı nəticələr əldə edilə bilər.

Tədbirdə, həmçinin “Mədəniyyət həftəsi” çərçivəsində Şəhla Xəlillinin tərcümə etdiyi, eyni zamanda Fariz Xəlilli tərəfindən nəşr olunan “Şirvanşahlar Yurdu”, “Şirvan xanlarının şəcərəsi”, “Seyid Nəsimi həqiqətlərə giriş” kitabların təqdimatı olub.

XƏBƏRLƏR

14.11.2019 14:28
Mərkəzi İncəsənət məktəbində “Uşaqlar gələcəyimizdir!” adlı tədbir keçirilib
14.11.2019 09:09
Polşanın Lodz şəhərində Azərbaycan cizgi filmləri nümayiş olunub
14.11.2019 09:07
“Haqq mənəm” tamaşasının premyerası olacaq
13.11.2019 16:52
Prezident İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13.11.2019 15:33
Mədəniyyət sahəsinin könüllüləri sırasına Azərbaycan Turizm və Menecment Universiteti də qoşulub
13.11.2019 15:29
Özbəkistanın Urgənc şəhərində Azərbaycan milli rəqslərinin təqdimatı keçirilib
13.11.2019 12:25
Milli Kitabxanada əlillər gününə aid sərgi açılıb
13.11.2019 11:22
Bakıda tanınmış bolqarıstanlı fotoqrafın sərgisi açılıb
13.11.2019 10:04
Azərbaycan komandası “Liqa smexa” mövsümünün ən yaxşı nömrəsinə görə kubok qazanıb
13.11.2019 09:03
Bakıda “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” mövzusunda konfrans təşkil ediləcək
12.11.2019 15:35
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcəkdir
12.11.2019 14:13
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12.11.2019 09:24
Almatıda Azərbaycan mədəniyyəti və ənənələri günü keçirilib
12.11.2019 09:21
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
12.11.2019 09:12
Musiqili Teatrda mövsümün ilk premyerası – “Paris Notr-Dama ithaf”
12.11.2019 09:08
Azərbaycan-Özbəkistan dostluğuna aid sənədli film nümayiş etdirilib
12.11.2019 09:05
“Müəmmalı bir qətlin üç versiyası” növbəti dəfə “Yuğ” Teatrında
12.11.2019 09:02
“Müqəddəs Azərbaycan bayrağı” adlı musiqili ədəbi-bədii gecə təşkil edilib
09.11.2019 11:21
Filarmoniyada Yalçın Adıgözəlovun 60 illiyinə həsr olunmuş konsert keçirilib