Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1249

Ankarada TÜRKSOY tərəfindən elan olunmuş “Qara Qarayev ili”nin açılış mərasimi olmuşdur

Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2017-ci il sərəncamı ilə Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Əbülfəz oğlu Qarayevin anadan olmasının 100 illik yubileyi qeyd olunur.

 Qara Qarayev Azərbaycan xalqının bəşər mədəniyyətinə bəxş etdiyi özünəməxsus nadir fitri istedada malik şəxsiyyətlərindən biridir. Novator sənətkar kimi o, uzun əsrlik qədim milli musiqi irsinin ənənəvi klassik və ən müasir musiqi formalarıyla son dərəcə ahəngdar vəhdətində çox sayda monumental əsərlər meydana gətirmişdir.

2018-ci il TÜRKSOY  tərəfindən Qara Qarayev ili elan olunmuşdur.

Fevralın 14-də Ankarada  TÜRKSOY-un iqamətgahında “Qara Qarayev ili”nin açılış törəni keçirilmişdir.

Tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanasının arxiv fondundan böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadimin əsərlərindən, musiqi ədəbiyyatından və əsərlərinin disklərindən ibarət  kitab sərgisi nümayiş olunmuşdur.

Açılış törəni dahi sənətkarın həyatı və yaradıcılığından bəhs edən filmin nümayişi ilə başlamışdır.

Rəsmi açılış mərasimində TÜRKSOY-un baş katibi professor Düsen Kaseinov, Azərbaycanın görkəmli bəstəkarı, UNESCO-nun Sülh artisti, Azərbaycan Respublikasının xalq artisti, Bəstəkarlar İttifaqının sədri professor Firəngiz Əlizadə, Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov, Əməkdar incəsənət xadimi, Qazi Universitetinin müəllimi professor Dr. Əflatun Nemətzadə və başqaları çıxış etmişlər.

TÜRKSOY-un baş katibi professor Düsen Kaseinov tədbiri açaraq görkəmli bəstəkarın yaradıcılığından bəhs etmiş, onun dünya musiqisinə bəxş etdiyi tövhələrdən danışmış, Qara Qarayev ilinin 2018-ci il ərzində TÜRKSOY`a daxil olan Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və digər türkdilli ölkələrdə də görkəmli sənətkarın yubileyi ilə bağlı silsilə tədbirlərin keçiriləcəyini söyləmişdir. Sonra Azərbaycanın görkəmli bəstəkarı, Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti, Azərbaycan Respublikasının Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək dahi bəstəkarla işlədiyi anlardan, onun bəstəkar kimi yetişməsində Qara Qarayevin rolundan, xatirələrindən və Qara Qarayevin Azərbaycan bəstəkarlıq məktəbinin yaranmasında xüsusi rolu olduğunu qeyd edərək bu gün Azərbaycan musiqisinin ön cəbhəsində gedən Arif Məlikov, Xəyyam Mirzəzadə və digər görkəmli Azərbaycan bəstəkarlarının yetişməsində onun böyük xidməti olduğunu qeyd etmişdir. Azərbaycan Milli Kitabxanasının direktoru, əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov dahi bəstəkarın həyat və yaradıcılığından bəhs edərək, onun dünya musiqi tarixində böyük inqilab edən Azərbaycan sənətkarı olduğunu söyləmişdir. Professor dahi bəstəkar  Dmitri Şostakoviçin xatirələrindən söhbət açaraq bəstəkarın Qara Qarayevi tələbəsi deyil, müasiri adlandırdığını söyləmişdir.

Sonda Azərbaycan  Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanmış tammətnli “Qara Qarayev-100” adlı elektron məlumat bazası kitabxananın baş mütəxəssisi, Əməkdar mədəniyyət işçisi Gülbəniz Səfərəliyeva tərəfindən tədbir iştirakçılarına təqdim edilmişdir.

Tammətnli elektron məlumat bazası 11 hissədən:  “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığı”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxslər Qara Qarayev haqqında”, “Qara Qarayev Azərbaycan musiqisi və görkəmli sənətkarlar haqqında”, “Mükafatları”, “Əsərləri”, “Haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya”, “Videoqalereya”, “Audioqalereya” adlı bölmələrdən ibarətdir.

“Rəsmi sənədlər” bölməsində “Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında”  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və digər sənədlər, “Həyat və yaradıcılığı” bölməsində akademik Zemfira Səfərovanın qələmə aldığı “Qara Qarayevin ölməz irsi” adlı geniş məqaləsi yerləşdirilmişdir.

Daha sonra dahi bəstəkarın həyat və yaradıcılığının əsas tarixlərini əks etdirən bölmə yerləşdirilmiş, ardınca görkəmli şəxslərin ölməz sənətkar haqqında olan fikirləri əks olunmuşdur. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, türk şairi Nazim Hikmətin, SSRİ xalq artistləri Fikrət Əmirov, Niyazi, Dmitri Kabalevski, Dmitriy Şostakoviç, Rodion Şedrin və digər tanınmış şəxsiyyətlərin bəstəkar haqqında fikirləri verilmişdir.

“Qara Qarayev Azərbaycan musiqisi və görkəmli sənətkarlar haqqında” adlı hissədə bəstəkarın Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, İmran Qasımov, Nizami Gəncəvi, Dmitriy Şostakoviç, Qurban Pirimov kimi şəxsiyyətlər və Azərbaycan ədəbiyyatı, musiqisi haqqında olan fikirləri verilmişdir.

“Mükafatları” bölməsində xronoloji qaydada bəstəkarın aldığı medal və ordenlər, mükafatlar  öz əksini tapmışdır. O, 1967 –ci ildə "İldırımlı yollarla" baletinə görə həm Lenin mükafatı, həm də ordeninə layiq görülmüşdür.

“Əsərləri” bölməsi 3 yarımbölmədən ibarət olub, həm Azərbaycan və rus dillərində çap olunmuş not əsərlərinin, həm dövri mətbuat və məcmuələrdə çap olunmuş məqalələrin, həmçinin səs yazılarının əks-xronoloji qaydada tam mətnlərini əhatə edir. Səs yazıları olan yarımbölmədə əsərlərindən olan hissələri dinləmək mümkündür.

“Haqqında” bölməsində Azərbaycan və rus dillərində bəstəkar haqqında yazılmış kitablar, dissertasiya və avtoreferatlar, həmçinin məqalələr  yerləşdirilmişdir.

Daha sonrakı bölmədə xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış abidə və xatirə lövhələri, adına buraxılmış poçt zərfi və markalar, adına olan metro stansiyası, küçə və prospektlər, məktəblər, Kamera orkestri, gəmi, adına keçirilmiş konfrans, müsabiqə və festivallar, adına çəkilmiş rəsm əsərləri haqqında mənbələr yerləşdirilmişdir.

“Fotoqalereya” adlı bölmədə bəstəkarın özünün və ailəsinin, həmçinin ictimai fəaliyyətini əks etdirən fotoşəkillər, “Videoqalereya” bölməsində isə haqqında lentə alınmış filmlər yerləşdirilmişdir.

Tədbirin sonunda Milli Kitabxananın direktoru Kərim Tahirov tədbirdən xatirə olaraq dahi bəstəkarın foto portretini, Milli Kitabxana əməkdaşları tərəfindən hazırlanmış onun musiqi əsərləri yazılmış 5 ədəd audio diski TÜRKSOY`a hədiyyə etmişdir.

Ankarada Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar növbəti tədbir fevralın 15-də Qazi  universitetində keçiriləcəkdir.

 

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb