Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2018

Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur

Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə YUNESKO tərəfindən 1983-cü ildə təsis olunmuş bu əlamətdar günün yaradılması müxtəlif səbəblərdən və ən əsası da müharibələr səbəbilə məhv olaraq tarixdən silinmək təhlükəsi qarşısında qalan abidələrin və tarixi ərazilərin qorunmasına bəşəriyyətin diqqətinin yönəldilməsi baxımından çox böyük əhəmiyyətə malikdir.

Hər il Azərbaycanda 18 Aprel tarixi “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi təntənəli şəkildə qeyd olunur. Bu məqsədlə bir sıra qoruqlarda və abidələrdə təbliğat məqsədli maarifləndirici tədbirlər həyata keçirilir.

Mədəniyyət və Turizm Nazirliyinin tövsiyə və tapşırığı ilə bu kimi müvafiq günlərdə bütün qoruq və abidələrdə tətbiq olunan “Açıq qapı” günləri çərçivəsində bu il də 18 aprel tarixində Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarətə gələn turistlər üçün əraziyə ödənişsiz giriş təşkil ediləcəkdir.

Azərbaycanın qədim tarixini özündə yaşadan, xalqımızın daş yaddaşı hesab edilən Qobustan abidələri dünya əhəmiyyətli tarixi abidəmizdir. Əcdadlarımızın həyat tərzini, məişətini, məşğuliyyətini, mədəniyyətini, incəsənətini köksündə yaşadan Qobustan Milli Tarix-Bədii Qoruğu Azərbaycan SSR Nazirlər Sovetinin 09 sentyabr 1966-cı il tarixli, 503 nömrəli Qərarı ilə yaradılmış elmi-tədqiqat idarəsi statusuna malik müəssisədir. Qoruğun ərazisinə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xəritə-sxemə əsasən Böyükdaş, Kiçikdaş, Cingirdağ dağları və onları əhatə edən sahələr (ümumi sahəsi 4535 hektardır) və Şonqardağ, Şıxqaya qayaüstü kolleksiyaları daxildir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 29 iyun 2007-ci il tarixində Yeni Zelandiyanın Kristcorc şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin XXXI Sessiyasında Qobustanın qayaüstü rəsmləri, mədəni landşaftı ilə birlikdə YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir. Ölkə başçısının 2011-ci ildə imzaladığı sərəncamla Milli status daşıyan Qoruğun ərazisində yeni inzibati və muzey binası tikilib istifadəyə verilmişdir.

Qoruqda turizmin inkişaf etdirilməsi və fərqli yaş qrupuna aid turistlərin əraziyə cəlb olunması məqsədilə 2017-ci ildən Qoruğun ərazisində “Mini Qobustan” adlı arxeoparkın yaradılması, Arxeoparkın ərazisində Tunc dövrünə aid “Dairə yaşayış yeri”nin rekonstruksiyası, girişdə Qədim Qobustan ərazisində məskunlaşmış ibtidai insanın yaşam tərzini əks etdirən ibtidai sığınacaqların rekonstruksiyası, Arxeoparkı ziyarət edən turistlərə iaşə və əyləncə xidmətlərinin göstərilməsi üçün müvafiq infrastrukturun yaradılması, daha sonra Qoruğun ərazisində Qobustan motivlərindən istifadə olunmaqla interaktiv atraksionlardan ibarət əyləncə parkının və Qoruğun ərazisində kontakt zooparkının yaradılması kimi böyük işlərin layihələndirilməsinə başlanılmış və bunun üçün zəruri texniki işlər həyata keçirilmişdir.

Artıq cari ildə qeyd olunan işlərin bir hissəsi yekunlaşmış və arxeopark “Mini Qobustan” adlı interaktiv tur kimi turistlərin istifadəsinə verilmişdir.

İnteraktiv tur xronoloji ardıcıllığa uyğun olaraq “Neolit kəndi”, “Tunc dövrü sənətkarlığı”, “Orta əsr zərbxanası” bölmələrindən ibarətdir. Bu bölmələrdə ziyarətçilər bələdçinin nəzarəti altında Neolit dövrü evi və məişəti ilə tanış ola, qida məhsullarının (təndir, yuxa, qutab və s. kimi) hazırlanmasında iştirak edə və dadına baxa, dulus çarxında Qobustan gilindən istifadə etməklə saxsı qablar düzəldə, hazır klişelərdən istifadə etməklə özləri üzərində Qobustan simvolları əks olunmuş x atirə sikkələri zərb edə bilərlər.

Bundan başqa ərazini ziyarətə gələn turistlər Qoruğun ekstrim dağlıq hissəsində təşkil olunmuş “Kvadratsikllarla Safari Gəzinti”də iştirak edərək adrenalin yaşaya bilərlər.

Bütün bunlarla yanaşı ərazini ziyarətə gələn turistlər həftəsonları qoruğun müxtəlif sahələrində ekskursiya marşrutlarında yerləşməyən abidələrlə tanışlıq, açıq havada gəzinti və müxtəlif interaktiv fəaliyyətləri əhatə edən “Labirint” və “Litosfera” adlı xüsusi ekskursiyalarda iştirak edə bilərlər.

Bütün bu işlər həyata keçirilərkən müxtəlif yaş qrupundan olan turistlər nəzərə alınmış və hərkəsin Qoruq ərazisində asudə vaxt keçirə bilməsi üçün müvafiq şəraitin yaradılmasına çalışılmışdır.

Bu minvalla azyaşlıların da əraziyə cəlb olunmasını təmin etmək üçün ötən ildən icrasına başlanılmış “Kontakt zoopark”ının yaradılması işləri sürətlə davam etdirilməkdədir.

Yekunda qeyd etmək istərdik ki, bu əlamətdar gündə yaradılan fürsətdən istifadə edərək turistlər əraziyə gəlib onlar üçün yaradılan şəraitlə yaxından tanış ola bilərlər.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib