19.10.2018 12:28
Oktyabrın 23-də Qazaxıstanın paytaxtı Astanada Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, tanınmış bəstəkar, SSRİ xalq artisti, Sosialist əməyi qəhrəmanı, Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 100 illiyi qeyd ediləcək.
TÜRKSOY-un təşkilatçılığı və Azərbaycanın Qazaxıstandakı səfirliyinin dəstəyi ilə keçiriləcək tədbir konsert proqramı ilə davam edəcək. Astana Akimliyi (qubernatorluğu) yanında Dövlət Akademik Filarmoniyasında təqdim ediləcək konsertin bədii rəhbəri Berik Batırxandır.
Filarmoniya orkestrinin dirijorları Mustafa Mehmandarov və Murtuza Bülbüldür. Proqramda Qara Qarayevin “Leyli və Məcnun” simfonik poeması, “Yeddi gözəl” baletindən vals və süitalar tamaşaçılara təqdim olunacaq.