Astara rayonunda “Heydər Əliyev” adına parkda səyyar kitabxana xidməti təşkil edilib
24 iyul 2017-ci il tarixində Astara rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə Heydər Əliyev adına parkda səyyar kitabxana xidməti təşkil edilib.
Xidmət zamanı Müasir Azərbaycan ədəbiyyatı, Xalq ədəbiyyatından nümunələr, dedektiv janrda yazılmış kitablar və uşaq ədəbiyyatı nümayiş etdirilib.
Sərginin məqsədi kitabxanalara daha çox oxucu cəlb etmək, onların kitaba, ədəbiyyata marağını artırmaq, yeni nəşr olunan əsərlərlə əhalini tanış etməkdir.
Nümayiş edilən nəşrlər müxtəlif yaş təbəqələrindən olan insanlar tərəfindən maraqla qarşılanmış, kitabxanaçılar oxucuların suallarını cavablandırmışdır.
Yay mövsümü ilə əlaqədar Astara rayon MKS-nin tərtib etdiyi tədbirlər planına əsasən rayon əhalisinə göstərilən kitabxana xidməti davam etməkdədir. 17-22 iyul tarixində Astara rayon Mərkəzi kitabxanasında “Mütaliə həftəsi” təşkil olunmuşdur. Sərgidə Azərbaycan Prezidentinin sərəncamı əsasında latın qrafikası ilə nəşr olunmuş kitablar, yerli yazarların kitabları və uşaq ədəbiyyatı nümayiş etdirilib. “Vətənpərvərlik müqəddəs hissdir” və “Astara- turizm diyarı” mövzularında stendlər qurulub.
Mütaliə həftəsinin təşkil edilməsində əsas məqsəd insanların kitaba marağını artırmaq, qiraət etməyə həvəsləndirməkdir.
Mütaliə həftəsi rayonun kitabsevərləri tərəfindən maraqla qarşılanmışdır.