Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2009

ATMU-da Elmi Şuranın tədris ili üzrə yekun iclası keçirilib

 Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Elmi Şuranın “2016/2017-ci tədris ilinin yekunlarına və yeni- 2017/2018-ci tədris ilinə hazırlığın vəziyyəti”nə həsr edilən yekun iclası olub. ATMU-da rektor səlahiyyətlərini icra edən s.ü.f.d., dos. Eldar Aslanov iclasın gündəliyindəki aktual məruzələr üzrə struktur rəhbərlərinin hesabat-çıxışları ilə bərabər, cari məsələlərin də  nəzərdə tutulduğunu deyib. "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə ixtisaslı və keyfiyyətli mütəxəssis ordusu formalaşdırmaq tələbini strateji hədəf kimi dəyərləndirən ATMU kollektivini daha çevik və səmərəli fəaliyyət göstərməyə çağırıb. Rektor əvəzi qeyd edib ki, son illər qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan turizm sənayesində uğurla həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sahənin inkişafı üçün münbit şərait yaradılıb və milli turizm kompleksinin rəqabətə davamlılığı nəzərəçarpacaq dərəcədə yüksəldilib. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr, Nazirlər Kabinetinin 2016-cı il 9 sentyabr tarixli sərəncamlarının müvafiq bəndlərində turizm və rekreasiya zonalarında Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nəzdində turizm üzrə ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri və peşə liseyləri) yaradılması məqsədilə müvafiq torpaq sahəsinin və əmlakının ayrılması üzrə tədbirlərin görülməsi nəzərdə tutulub.

Məhz həmin sərəncamların icrasına uyğun olaraq “Şahdağ” Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin ərazisində fəaliyyət göstərən, dövlətə məxsus “Zirvə” otelinin bazasında ATMU-nun nəzdində yaradılan Şahdağ Regional Turizm Peşə Məktəbinə 2017/2018-ci tədris ili üzrə ilk şagird qəbulu prosesinə başlanılıb. Şahdağ RTPM-də mehmanxana qeydiyyatçısı, ofisiant-barmen, dağ-xizək turizm növü üzrə təlimatçı, qənnadçı-şirniyyatçı və təmizlik departamentinin işçisi ixtisasları üzrə 250 şagird təhsil alacaq. E.Aslanov daha sonra bildirib ki,2011/2012-ci tədris ilindən ATMU-da doktorant/dissertant hazırlığına başlanılıb. Bu müddət ərzində ümumilikdə 53 nəfər doktarant-dissertantdan 5 nəfəri elmi işini uğurla müdafiə edib. “Biznes idarəçiliyi” fakültəsinin dekan müavini Anar Mirzəyev isə turizmin iqtisadi roluna həsr edilmiş elmi işinin uğurlu müdafiəsinə görə Ali Attestasiya Komissiyasının (AAK)  müvafiq qərarı ilə iqtisad elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi diplomunu alan ATMU-nun ilk doktarantı olub. Universitetin daha 8 nəfər doktarant-dissertantı elmi müzakirələrdən uğurla keçərək, müdafiəyə buraxılıblar.  Həmçinin bu günlərdə ATMU-nun üç alimi dosent adını alıb və bu barədə müvafiq sənəd onlara AAK tərəfindən təqdim olunub.       

ATMU-nun İnkişaf üzrə prorektoru, professor İranə Əliyeva,"Keyfiyyət təminatı" şöbəsinin müdiri Nərminə Abdullayeva, “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Orxan Musa və müvafiq struktur rəhbərləri “2016-2017-ci tədris ilinin yekunları və yeni tədris ilinə hazırlığın vəziyyəti” ilə bağlı çıxışlarında qeyd ediblər ki, universitetdə yekun dövlət imtahanı, buraxılış işlərinin və magistrlik dissertasiyalarının müdafiəsi uğurla başa çatdırılıb. 2010 –cu ildən 2017-ci ilədək universiteti 2 min 111 nəfər, onlardan 143 nəfəri magistr pilləsini bitirib. Cari ildə bu ali təhsil müəssisəsində 11 ixtisas üzrə 297 nəfər bakalavr pilləsinin məzunu adını qazanıb. Onlardan 43 nəfəri buraxılış işi müdafiə edib. Təhsili başa vuran 333  nəfərdən 36-ı magistr pilləsi üzrə, o cümlədən son10 il ərzində171 nəfər məzun həm milli, həm də Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) çərçivəsində ikili diploma sahiblənib. Bu ilki məzunlarımızdan bakalavr pilləsini bitirən 297 nəfərdən 74-ü Avropanın, Amerikanın,Türkiyənin və ölkəmizin nüfuzlu universitetlərində müvafiq ixtisaslar üzrə magistr pilləsində təhsil alacaqlar. Bu günlərdə ATMU-ya qəbul olunan 83 nəfər magistr qeydiyyatdan keçib.

ATMU Elmi Şurasının yekun iclasında “2016-2017-ci tədris ilinin yekunları və 2017-2018-ci yeni tədris ilinə hazırlığın vəziyyəti” qənaətbəxş hesab edildi.Qərara alındı ki, müəllimlərin qiymətləndirmə bacarığı yüksəldilsin. Cari ilin avqust ayı ərzində fənn müəllimlərinin təkmilləşdirilməsi ilə bağlı müvafiq fakültə dekanları tərəfindən tədbirlər planı işlənib hazırlansın.

O cümlədən Elmi Şuranın tədris ili üzrə yekun iclasında “Azərbaycan Turizm və Menecment Universiteti tələbələrinin təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycan Turizm və Menecment Universitetində təhsil almaları haqqında” Əsasnamə təsdiq edildi və müvafiq qəbul komissiyasının tərkibi təsdiqləndi.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib