Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1628

ATMU-nun dekan müavini Türkiyədə keçirilən beynəlxalq konqresin iştirakçısı olub

Türkiyənin Muğla Sıtkı Koçman Universitetində “Turizm və mədəni miras” adlı beynəlxalq konqres keçirilib. Qardaş Türkiyənin Muğla Sıtkı Koçman Universitetində öz işini uğurla başa vuran Beynəlxalq Konqresdə dünyanın bir sıra ölkələrinin təmsilçilərindən bir qisminin, o cümlədən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin başçılığı etdiyi nümayəndə heyəti üzvlərindən Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Turizm və qonaqpərvərlik” fakultəsinin dekan müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Flora Ələsgərovanın iştirak fəallığı təşkilatçı qurum tərəfindən qənaətbəxş qiymətləndirilib.

F.Ələsgərova müxbirimizə müsahibəsində bildirib ki, beynəlxalq tədbirin gündəliyindəki Azərbaycan-Türkiyə: ortaq tarix, iqtisadi, sosial və mədəniyyət sahələri çərçivəsində ikitərəfli əlaqələrin inkişaf dinamikası və perspektivlərinə dair  məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb. Qeyri-neft sektorunun inkişafını hədəfləyən güclü turizm potensialından faydalanmanın səmərəli aspektlərinə nəzərən detallı faktlar üzərində də geniş fikir mübadiləsi aparılıb. Azərbaycan nümayəndə heyətinin üzvləri bölmə, eyni zamanda müvafiq tədqiqat sahələrinin müzakirəsinə həsr olunan iclaslara sədrlik ediblər. ATMU “Turizm və qonaqpərvərlik” fakültəsinin dekan müavininin bildirdiyinə görə  konqresdə turizm, mədəni irs, milli mətbəx, qastronomiya və s. bölmələrin fəaliyyəti daha işgüzar olub. Dünyanın bir sıra ölkələrindən olan elm adamlarının və tədqiqatçıların qatıldığı tədbirdə türk xalqlarına aid sənət, ədəbiyyat, memarlıq, dil və adət- ənənələrlə bağlı elmi məruzələr dinlənilib.

Beynəlxalq tədbirin təkliflər paketində Azərbaycanda turizm potensialının güclü olmasına rəğmən  qeyd edilən sahələr üzrə ixtisasların daha geniş təbliği və inkişafının təmin olunması əksini tapıb. Gələcəkdə müştərək beynəlxalq konfrans və simpoziumların keçirilməsi, əməkdaşlıq müqaviləsi bağlanan universitetlərlə müəllim mübadiləsinə xüsusi önəm verilməsi və s. ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd etmək lazımdır ki, Azərbaycan Turizm və Menecment Universiteti ilə Türkiyənin Muğla Sıtkı Koçman Universiteti arasında 2012-ci ildə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.

 

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!