Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1631

“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu ərazisində beynəlxalq ekspedisiya tərəfindən arxeoloji qazıntılar aparılmışdır

2015-ci ilin yayında Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə “Avey” Dövlət tarix-mədəniyyət qoruğunun dünya əhəmiyyətli abidələr siyahısına daxil olan Damcılı mağarası və mağara düşərgəsinin ətrafında Yaponiyanın Tokio Universitetinin  professoru Yoşihiro Nişiakinin rəhbərliyi  altında aparılan kəşfiyyat xarakterli axtarışlar zamanı əldə olan nəticələr 2016-cı ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Avey” Dövlət tarix-mədəniyyət qoruğu, AMEA-nın Arxeologiya və Etnoqrafiya  İnsitutu və  Yaponiyanın Tokio Universiteti  arasında üçtərəfli  memorandum imzalanmasına əsas vermişdir.

Beynəlxalq ekspedisiyanın məqsədi ərazinin qədim insan məskəni olduğunu təsdiqləmək, bundan başqa neolitdən əvvəlki dövrlərə aid maddi sübutlar əldə etməkdir.

2016-cı ilin avqust ayında aparılan tədqiqatlar zamanı orta paleolit dövrünün son mərhələsini əks etdirən qəlpə, nüvə tullantıları və alət nümunələri, neolit, tunc  dövrünün sonuna aid ocaq yerləri, fauna nümunələri (sümüklər), orta əsrlər aid tikili qalıqları əldə olunmuşdur.

17-30 iyul 2017-ci il tarixində beynəlxalq ekspedisiya növbəti dəfə tədqiqat  işləri aparmışdır. Bu il aparılan qazıntılar nəticəsində bu ərazilərdə neolit dövrünün mövcudluğu öz təsdiqini tapmışdır.

Aparılan işlər nəticəsində əldə olunan eksponatlar 28 iyul  - Ümumdünya arxeologiya günü münasibətilə  “Avey” Dövlət tarix-mədəniyyət qoruğunda  təşkil olunan sərgidə 3 gün müddətində ziyarətçilərə  nümayiş etdirilmişdir.

XƏBƏRLƏR

21.02.2018 12:54
Bakı prosesinin 10 illiyinin qeyd olunması ilə bağlı Koventridə təqdimatlar keçirildi
21.02.2018 12:45
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Hər millətin ən qiymətli, sərvətidir ana dili!” adlı tədbir keçirildi
21.02.2018 12:26
Sumqayıt şəhər Poeziya evində millət vəkili Flora Qasımova ilə görüş keçirilib
20.02.2018 12:46
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Böyük Britaniyanın Koventri şəhərində səfərdədir
19.02.2018 17:51
Rusiyanın Nijni Novqorod şəhərində Qara Qarayevin 100 illiyi münasibətilə konsert keçirilib
19.02.2018 16:10
Şəkidə Bəxtiyar Vahabzadənin vəfatının 9-cu ildönümü ilə əlaqədar “Hara gedir sabahımız” adlı dəyirmi masa keçirildi
19.02.2018 16:06
"Misir dunya uşaqların gözü ilə" adlı beynəlxalq rəsm müsabiqəsində ölkəmizi təmsil edən şagirdlər mükafata layiq görüldü
19.02.2018 16:01
Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş “Əzəli dostluq riştələri” adlı sənədli film hazırlanıb
19.02.2018 15:59
Elza İbrahimovanın anadan olmasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
19.02.2018 15:15
“Yurdumuza Bahar Gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi
19.02.2018 15:13
“Şəhid Şəhər” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilmişdir
19.02.2018 12:36
“Testene Art Baku” II Beynəlxalq İncəsənət festival-müsabiqəsi keçiriləcək
19.02.2018 12:31
Azərbaycan Aşıqlar Birliyinin Bakı Beynəlxalq Muğam Mərkəzi ilə birlikdə “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir
16.02.2018 18:15
Azərbaycan Dövlət Kukla Teatrı premyeraya hazırlaşır
16.02.2018 15:50
Gənc Tamaşaçılar Teatrında həftəsonu maraqlı repertuar
16.02.2018 12:45
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) Turizm üzrə İşçi Qrupunun 11-ci görüşü keçirilmişdir
15.02.2018 18:19
Qəbələ rayonunda “Fəaliyyətin yeni formatları” adlı təlim təşkil olunmuşdur
15.02.2018 18:17
Azərbaycan nümayəndə heyəti Türkiyə mədəniyyət və turizm nazirinin müavini Hüseyin Yayman tərəfindən qəbul edilmişdir
15.02.2018 18:05
Azərbaycan Xalça Muzeyində “Xalçalar və əfsanələr. Çin təqvimi üzrə Yeni il” sərgisi açıldı
15.02.2018 16:07
Lüks turizm peşəkarlarının növbəti görüşü
15.02.2018 12:42
Ankarada TÜRKSOY tərəfindən elan olunmuş “Qara Qarayev ili”nin açılış mərasimi olmuşdur
14.02.2018 18:02
“Hərəyə bir kitab” adlı tədbir keçirildi