Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2157

Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının növbəti Baş Assambleyası Yunanıstanın Loutra Pozar şəhərində keçirilir

Cari ilin 13-16 mart tarixində Yunanıstanın Loutra Pozar şəhərində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) növbəti Baş Assambleyası keçirilir.

İclasda Afyon (Türkiyə), Ladek Zdroj (Polşa), Istiea (Yunanıstan), Clermont-Auvergne Métropole (Fransa), Archena (İspaniya), Baden Bei Wien (Avstriya), Monchique və Luso (Portuqaliya) şəhərləri Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasına bərabərhüquqlu üzv kimi qəbul olunması haqqında qərar verilmişdir.

Qəbələ şəhərinin 2019-cu ildə Assossiasiyaya üzv seçilməsi ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi, layihənin koordinatoru Günel Aslanova tərəfindən təqdimat keçirilmişdir. Qeyd etmək lazımdır ki, Assossiasiyaya üzv ölkələrin və elmi komitənin nümayəndələrinin iştirak etdiyi tədbirdə Qəbələ rayonunun termal infrastruktur imkanları və “Qəbələ Dövlət Tarixi Bədii Qoruğu” haqqında geniş məlumat verilmiş və təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Təqdimatdan sonra çıxış edən EHTTA-nın prezidenti Cüzeppe Bellandi Azərbaycanın son illər təşkilatda aktiv fəaliyyətini bəyəndiyini va görülən işlərin, əməkdaşlığın bundan sonra da davam edəcəyini qeyd etmişdir. Bu ilin iyun ayında təşkilatın mütəxəssislərinin YUNESKO-nun tədbirində iştirak etmək məqsədilə Azərbaycana səfəri çərçivəsində Qəbələ şəhərinə baş çəkəcəklərini və  şəhərin üzvlüyə qəbul olunacağını bildirdi.

Məlumat üçün bildiririk ki, EHTTA 2019-cu ildə 10-dan çox beynəlxalq sərgidə təmsil olunacaq və bu sərgilərdə təqdim olunacaq rəsmi kataloqlarda “Qalaaltı” haqqında da geniş məlumatlar yer alıb. Həmçinin, müxtəlif dillərdə nəşr olunan kataloq bu il ilk dəfə olaraq Azərbaycan dilində də üzv ölkələrə göndərilmişdir.

Onu qeyd etmək lazımdır ki, EHTTA-nın rəsmi saytında Azərbaycanda il ərzində keçiriləcək “Formula 1 Azerbaijan Grand Prix” yarışları, “Bakı prosesi” çərçivəsində həyata keçirilən V Mədəniyyətlərarası Dialoq Forumu, YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası və digər mötəbər tədbirlər barədə ətraflı məlumatlar öz əksini tapıb.

Xatırladaq ki, 2016-cı ildə Qalaaltı kurortu Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasına (EHTTA) bərabərhüquqlu üzv seçilmiş və 2018-ci ilin may ayında isə EHTTA-nın Baş Assambleyası Qalaaltıda keçirilmişdir.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib