Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
980

Azərbaycan 83-cü Florensiya Beynəlxalq Əl İşləri Sərgisində təmsil olunur

Azərbaycan mədəniyyətinin və onun ayrı-ayrı nümunələrinin beynəlxalq müstəvidə tanıdılması, ölkəmizin mədəni irs nümunələrinin təbliği, habelə müvafiq sahədə fəaliyyət göstərən təşkilatların, fərdi şəxslərin dəstəklənməsi Mədəniyyət Nazirliyinin daim diqqətində olmuşdur.

"Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər üzrə İnkişafına dair Strateji Fəaliyyət Planı"na uyğun olaraq, mədəni irsimizin xarici ölkələrdə daha effektiv tanıdılması, mədəni sənayenin tərkib hissəsi olan məhsul və xidmətlərin ixrac potensialının araşdırılması və aidiyyəti tədbirlərin həyata keçirilməsi qarşıda duran əsas məqsədlərdəndir. Qeyd edilən fəaliyyət istiqamətinin təmin olunması, xalq dekorativ-tətbiqi və təsviri sənətinin inkişaf potensialından istifadə edilməsi, həmçinin mədəni irsimizin marketinqinin aparılması məqsədilə ölkəmiz İtaliyanın Florensiya şəhərində təşkil olunan 83-cü Beynəlxalq Əl İşləri Sərgisində iştirak edir.

Florensiya Beynəlxalq Əl İşləri Sərgisi 1931-ci ildən keçirilir və builki sərgi Leonardo da Vinçinin vəfatının 500-cü ilinə həsr edilib. Bu mötəbər tədbirdə 50-dən çox ölkə 600-dən artıq stendlə təmsil olunur.

Sərgidə Azərbaycanı Mədəniyyət Nazirliyinin əməkdaşları – Xalq yaradıcılığı və mədəni marşrutların inkişaf şöbəsinin müdiri Günel Aslanova, həmin şöbənin aparıcı məsləhətçiləri Elgün Əliyev və Eldəniz Ağayev və xalq dekorativ-tətbiqi və təsviri sənət ustaları təmsil edirlər.

Qeyd edək ki, "Azərbaycan mədəniyyətlərin kəsişməsində" adlandırılan milli stendimiz sərgi ziyarətçilərinin xüsusi diqqətini cəlb edir. Azərbaycanda olmaq istəklərini ifadə edən yerli sakinlərə və şəhərin əcnəbi qonaqlarına mədəniyyətimiz haqqında məlumat kitabçaları, xalq dekorativ-tətbiqi və təsviri sənətinini əks etdirən broşürlər təqdim edilir, bundan əlavə, ölkəmizin mədəniyyəti, milli mətbəxi, uyğun infrastrukturu, hər il keçirilən beynəlxalq tədbirlər barədə məlumatlar verilir.

Tədbir iştirakçıları Azərbaycanı sürətlə inkişaf edən, mədəniyyəti möhtəşəm, insanları mehriban olan ölkə kimi tanıdıqlarını bildirirlər.

Sərgi 2 may tarixinədək davam edəcəkdir.

XƏBƏRLƏR

22.05.2019 13:57
Daşkənddə Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan konsert keçirilib
22.05.2019 09:43
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Azərbaycanın şimal-qərb qapısı Balakəndə
21.05.2019 17:54
Azərbaycan Dövlət Uşaq Filarmoniyası binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı oldu
21.05.2019 15:42
Bakıda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirildi
21.05.2019 15:40
Bolqarıstanlı mütəxəssis Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib
21.05.2019 15:35
“Qartal yuvası” filminin təqdimatı keçirildi
21.05.2019 13:00
Xalça Muzeyində “Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil ediləcək
21.05.2019 11:08
Qubada keçirilən “Oxu Bayramı” böyük maraqla qarşılanıb
21.05.2019 10:36
Respublika Gənclər Kitabxanasında Cəfər Cabbarlının 120 illiyi münasibəti ilə ədəbi-bədii gecə keçirilib
20.05.2019 17:45
Ağcabədidə Beynəlxalq Muzeylər Günü münasibət ilə “Açıq qapı” günü təşkil edilib
20.05.2019 17:14
“Zeytun ağacları” beynəlxalq mədəni marşrutunun ekspert qrupu ölkəmizdə səfərdədir
20.05.2019 16:32
Xaçmazda Muzeylər gününə həsr olunmuş tədbir keçirilib
20.05.2019 15:32
Astara Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib
20.05.2019 15:11
Mədəniyyət Nazirliyi ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığa dair birgə Fəaliyyət planı imzalandı
20.05.2019 14:58
Qax rayonunda fəaliyyət göstərən muzeylərdə “Açıq qapı” günü keçirilib
20.05.2019 14:36
Azərbaycan “Gənc ulduzlar-2019” Xeyriyyə Festivalında təmsil olunub
20.05.2019 14:18
Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə tədbir keçiriləcək
20.05.2019 14:15
UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçiriləcək sessiyasına hazırlıq müzakirə olundu
20.05.2019 12:39
Gənc Prezident təqaüdçülərinin iştirakı ilə konsert-festival keçiriləcək