Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4461

Azərbaycan Aşıqlar Birliyinin Bakı Beynəlxalq Muğam Mərkəzi ilə birlikdə “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir

Bakı Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü ilə Azərbaycan Aşıqlar Birliyi “Aşıq musiqisi axşamları”nı keçirir.  Layihənin ilk axşamı Koroğlu eposu əsasında qurulmuş konsert-tamaşa idi.

Fevralın 16-da Muğam Mərkəzində layihənin ikinci axşamı keçirildi. “Aşıq Ələsgərin saz-söz dünyası” adlı bu axşam yenə də konsert-tamaşa formasını daşıyırdı. Hər iki axşamın ssenarisi müəllifi və tamaşaya qoyanı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimi Sənubər Bağırova idi.  Tamaşanın süjeti Aşıq Ələsgərin şer və dastanları əsasında qurulmuşdur. Tamaşa giriş, altı səhnə və epiloqdan ibarət idi. Giriş hissəsini aparan Sənubər Bağırova  axşamın məramını belə izah etdi: “Aşıq Ələsgərin şer və dastanları , elə bil ki, onun  ürək dəftəridi; bu dəftər onun ömrünün sevinc və kədərli anlarından, ürəyindən keçən hisslərdən, aşığın mənəvi dünyasından bizə xəbər verir. Gəlin bu axşam bu dəftəri vərəqləyib aşığ Ələsgərin ömrünün bəzi səhifələrini canlandıraq və onun sözünü eşidək”.

Bu səhifələr Aşıq Ələgərin gənc illərindəki uğursuz ilk məhəbbəti, orta yaşlarına təsadüf etmiş dövrünün böyük sənətkarı Aşıq Hüseyn Şəmkirli ilə görüşü, və aşığın qocalığından bəhs etdi. Tamaşada bütün rolları aşıqlar icra edirdi; onlar ənənəvi aşıq havalarını ifa etməklə bərabər səhnədə məharətlə dialoqlar da aparırdılar. Gənc Ələsgərin rolunu aşıq Əli Zeynalabdinov, orta yaşlı Ələsgərin rolunu aşıq Sərdar Məmmədov, qoca Ələsgəri aşıq Təbriz Vəliyev, Aşıq Hüseyn Şəmkirli rolunu isə aşıq Nazim Quliyev oynamışdı. Qadın rollarında aşıq Solmaz Kosayeva, gənc aşıqlar Fidan Qurbanova və Əfsanə Kərimova idi. Tamaşada həmçinin aşıqlardan Nəbi Nağıyev, Azər Əliyev, Kərəm Vəliyev, Vəli Paşayev, Toğrul İbrahimov iştirak etmişlər. Tamaşanın əsas iştirakçısı, səhnədə baş verən hadisələri gah izah, gah da şərh edən söyləyici idi. Bu rolu aşıq Bəhmən Kazımov məharətlə aparırdı. Axşamın sonunda Aşıq Ələsgərin ailəsi adından aşığın nəticəsi çıxış etmiş və aşıqlara öz təşəkkürünü bildirmişdi.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi