Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2230

Azərbaycan Aşıqlar Birliyinin növbəti layihəsinin təqdimatı olub

Sentyabrın 7-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Aşıqlar Birliyinin “Koroğlu havaları” – vətənçilik, dövlətçilik və qəhrəmanlıq düşüncəsini daşıyan milli mədəni dəyərlər” layihəsi əsasında hazırlanmış diskin təqdimatı keçirilib.

Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan mədəniyyətində xüsusi yer tutan aşıq sənətinin qorunması və inkişafı hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Son illər Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və digər dövlət orqanları, ictimai təşkilatlar bu sahənin inkişafı üçün məqsədyönlü işlər görüblər. İctimaiyyətə təqdim olunan disk (CD) görülən işlərin davamı kimi qiymətləndirilməlidir.

Məhərrəm Qasımlı qeyd edib ki, layihə çərçivəsində “Koroğlu havaları” ilə bağlı klassik ustadların ifaları dinlənilib müzakirə olunmaqla yanaşı, onların çağdaş aşıqların repertuarında yenidən səsləndirilməsi məqsədəuyğun hesab edilib.

Layihənin icrası nəticəsində Qələndər Zeynalov, Məhərrəm Hüseynli, Ağamurad Şirvanlı, Altay Məmmədli, Ramin Qarayev, Dəmir Vəliyev, İsa Qaraxanlı, Şöhrət Kərimov, Təbriz Vəliyev, Nəbi Nağıyev, Nazim Quliyev, Şaiq İncəli, Avdı Musayev, Anar Abdullayev, Xanlar Alqayıt, Babək Şakirli və Qabil Faxralı kimi istedadlı aşıqların, eləcə də “Çeşmə” saz folklor qrupunun ifasında lentə yazılmış on beşdən çox “Koroğlu” havası aşıq sənətini sevənlərin diqqətinə təqdim edilib. Bu havaların mətnləri milli dövlətçilik düşüncəsinin, hərbi vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edir. Diskin hazırlanmasında 50-dək aşıq, balaban, qaval və saz ifaçıları iştirak edib.

“Şübhəsiz ki, buraya hamı Koroğlu ovqatı və havası ilə toplaşıb. Koroğlu ovqatı milli kimliyin, milli dövlətçilik duyğusunun və hərbi vətənpərvərlik ruhunun ən gözəl ifadəsidir. Ozan aşıq mədəniyyəti bunun ən böyük daşıyıcısıdr. Ozan aşıq mədəniyyəti Dədə Qorquddan bu günədək milli ruhun çiçəklənməsinə xidmət edib. Bu diski ərsəyə gətirməkdə məqsədimiz o idi ki, Koroğlu havalarını unudulmağa qoymayaq. Diskdə 16 aşıq havası yer alıb. Hələ bundan təxminən iki dəfə çox aşıq havaları var ki, onları da yaxın vaxtlarda bərpa edib cəmiyyətə təqdim edəcəyik. Aşıqlar Birliyi müvafiq istiqamətdə bir çox işlər görür. Mədəniyyət Nazirliyi də bu yöndə bizə kömək edir. Şübhəsiz ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi humanitar mədəniyyət strategiyasının gerçəkləşməsində bu addımlar bizə olduqca lazımdır. Prezident İlham Əliyevin “Aşıq sənəti bizim milli sənətimizdir və milli sərvətimizdir” ifadəsi bizə ruh verir. Birinci vitse-prezident Mehriban Əliyevanın da aşıq sənətinin inkişafına göstərdiyi dəstək danılmazdır. Onun səyləri nəticəsində Azərbaycan aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib”, - deyə M.Qasımlı söyləyib.

Tədbir tanınmış aşıqların ifasında konsert proqramı ilə davam edib.

Qeyd edək ki, layihənin rəhbərləri Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, birliyin üzvləri Musa Nəbioğlu və Altay Məmmədlidir.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib