Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Şnitke.Qarayev.Şostakoviç” adlı müasir musiqi axşamı keçiriləcək
1663
12.02.2019
12.02.2019 04:25
20 fevral 2019-cu il tarixində saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Şnitke.Qarayev.Şostakoviç” adlı müasir musiqi axşamı keçiriləcəkdir.
Gecədə Əməkdar artist, dirijor Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bakı Kamera Orkestri və solistlər - Nəzrin Aslanlı və Rövşən Əmrahov çıxış edəcəklər.
Konsertin proqramına Qara Qarayev / Fərəc Qarayevin “Quasi Uno Concerto Grosso”, Alfred Şnitkenin 1 saylı Concerto Grosso və Dmitri Şostakoviçin Kamera simfoniyası (c-moll, op.110a) daxildir.