Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
726

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Kalmıkiya Respublikasına səfəri yekunlaşdı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiya Federasiyasından qastrol səfərindən dönüb. Oktyabr ayının 25-dən – 31-dək davam edən qastrol Rusiya Federasiyası Kalmıkiya Respublikasının B.Basanqov adına Milli Dram Teatrında baş tutub.

Qastrol çərçivəsində kollektiv repertuarında olan 2 maraqlı tamaşa, eləcə də sərgi və konsert proqramı ilə çıxış edib.

3 gün ərzində Kalmık Milli Dram Teatrının səhnəsində uşaqlar üçün Pərvinin “Dəcəl keçi”, böyüklər üçün isə Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” tamaşaları nümayiş etdirilib.

Səfər çərçivəsində Kalmıkiya Respublikası N.N.Palmov adına Milli Muzeydə Gənc Tamaşaçılar Teatrının və eyni zamanda nümayiş olunmuş tamaşaların quruluşçu rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Elşən Sərxanoğlunun əsərlərindən ibarət sərgi təşkil olunub. 3 gün davam edən sərgidə rəssamın 50-dən artıq qrafik və yağlı boya ilə işlənmiş əsərləri izləyicilərə təqdim olunub.

Sərginin açılış mərasimində Kalmıkiya Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini Nikolay Sandjiyev, Kalmıkiya Respublikası Rəssamlar İttifaqının sədri, Əməkdar Rəssam Yuri Xadjinov, N.N.Palmov adına Milli Muzeyin direktoru İrina Muçayeva, Azərbaycan Respublikası üzrə Kalmıkiya Respublikasının hökümət başçısının mədəni və iqtisadi əlaqələr üzrə baş məsləhətçisi, “Kalmıkiya Respublikasında Azərbaycan konqresi” qeyri hökümət təşkilatının sədri Sabir Quliyev, Kalmık Milli Dram Teatrının bədii rəhbəri, RF-in Əməkdar İncəsənət Xadimi Boris Mandjiyev çıxış edərək Kalmıkiyada ilk dəfə olaraq Azərbaycanlı rəssamın sərgisinin həyata keçirilməsini Kalmıkiya ilə Azərbaycan teatrları arasındakı yaradıcılıq əlaqələrinin uğurlu nəticəsi adlandırıblar.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar Artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov, eləcə də rəssam Elşən Sərxanoğlu çıxış edərək 4 ildir davam edən yaradıcılıq münasibətlərinin gələcəkdə daha böyük layihələrlə davam etdiriləcəyinə əminliklərini bildiriblər.

Rəssam Bakını əks etdirən bir neçə əl işini Muzeyə təqdim etmiş, Muzey rəhbərliyi isə öz növbəsində E.Sərxanoğlunu diplomla təltif edib.

Qastrol səfərinin növbəti günündə teatrımızın istedadlı aktyoru – müğənni İlham Əsədovun xalq və müasir bəstəkar mahnılarından ibarət konserti baş tutub. Konsertdə Kalmıkiya Dövlət Filarmoniyasının direktoru, bəstəkar-müğənni, RF-in Əməkdar İncəsənət Xadimi Arkadi Mandjiyev çıxış edərək Azərbaycan Kalmıkiya mədəni əməkdaşılığının 2 teatr arasındakı qastrol mübadiləsindən çıxaraq daha geniş şəkildə təqdim olunmasının təqdirəlayiq olduğunu vurğulayıb və Azərbaycanlı sənətçi ilə birgə duet ifa edib.

Konsert proqramında teatrın gənc aktyorları Elnur Kərimov və Səbinə Məmmədovanın ifasında “Naz eləmə” rəqsi böyük maraqla qarşılanıb.

Qastrol səfərinin bağlanış mərasimində Kalmıkiya Respublikası Xalq Xuralının (Parlament) deputatı Konstantin Kirpilev çıxış edərək Azərbaycan və Kalmıkiya arasındakı qarşılıqlı yaradıcılıq müqaviləsinin hər il daha da genişləndirilərək maraqlı layihələrin, rejissor və tamaşa mübadilələrinin hər iki ölkə teatrları üçün əhəmiyyətindən danışıb. K.Kirpilev “Azərbaycan – Kalmıkiya arasındakı dostluq münasibətlərinə, beynəlxalq əlaqələrin inkişafı və mədəni əməkdaşlığın möhkəmlənməsinə verdiyi böyük töhfələrinə görə” Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidovu Kalmıkiya Respublikası Xalq Xuralının (Parlament) “Fəxri diplomu”, teatrın aktyoru İlham Əsədovu isə “Təşəkkürnamə” ilə təltif edib.

Kalmıkiya Respublikasının Mədəniyyət və Turizm Naziri Xonqor Elbikov Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bu dəfəki səfərini Kalmıkiya Respublikasında Azərbaycan Mədəniyyət Günləri adlandıraraq bu münasibətilə hər iki ölkə teatrını təbrik edərək “iki ölkə teatrları arasındakı qarşılıqlı mədəni əlaqələrin möhkəmləndirilməsi, birgə layihələrin təşkilindəki əvəzsiz xidmətlərinə görə” Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri cə\nab Əbülfəs Qarayevə “Təşəkkür məktub”u ünvanlayıb.

Nazir “qarşılıqlı yaradıcılıq müqaviləsinə əsasən mədəni əməkdaşlığın inkişafına və möhkəmləndirilməsi sahəsindəki şəxsi töhfələrinə görə” teatrımızın aktyoru Elnur Kərimova Kalmıkiya Respublikası Baş nazirinin “Təşəkkürnamə”si təqdim olunub.

Nazir Xonqor Elbikov həmçinin, “mədəni əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi sahəsindəki xidmətlərinə görə” teatrın aktyorları, Əməkdar Artistlər Şövqi Hüseynov, Leyli Vəliyeva, Qurban İsmayılov, aktyorlar Elşən Çarhanlı, Vüsal Mehrəliyev, quruluşçu rəssam Elşən Sərxanoğlu və mətbuat xidmətinin rəhbəri Hüsniyyə Mursaquliyevanı “Fəxri Fərman”la təltif edib.

Kalmıkiya Respublikasının Teatr Xadimləri İttifaqının sədri Tatyana Mixeyeva “Azərbaycan və Rusiya teatr əlaqələrinin genişləndirilməsində göstərdiyi dəstəyə görə” Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyevin “Stanislanski medal”ı ilə təltif olunduğunu bildirərək, mükafatı Ə.Vəliyevə çatdırmaq üçün Mübariz Həmidova təqdim edib.  

Əməkdar Artist Şövqi Hüseynov və aktyor İlham Əsədova “Stanislavski medal”ı təqdim etmiş, aktyorlar Zemfira Əbdülsəmədova, Səbinə Məmmədova, Zümrüd Quliyeva, Manaf Dadaşov, Elşən Hacıbabayev, Vahid Orucoğlu, işıq üzrə rəssam Vadim Kuskovu isə “Diplom”la mükafatlandırıb.

Təntənəli bağlanış mərasimində teatrın direktoru Mübariz Həmidov öz səfər təəssüratlarını bölüşərək ötən mövsüm Dövlət Gənc Tamaşaçılar Teatrında təsis olunmuş “Sima” mükafatının “Ən yaxşı rejissor işi” (böyük tamaşaları üzrə) nominasiyası üzrə qalib olmuş B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, RF-nin Əməkdar İncəsənət Xadimi və Azərbaycan Respublikası Fəxri Mədəniyyət İşçisi Boris Manciyevə diplom və mükafatını təqdim edərək, bu mövsüm üzrə təyin olunmuş “Teatrın dostu” nominasiyası üzrə diplom və mükafatı Kamık Milli Dram Teatrının baş direktoru RF-nin əməkdar mədəniyyət işçisi Qalina Şurayevaya təqdim edib.

B.Basanqov adına Milli Dram teatrının baş direktoru Q.Şurayeva və bədii rəhbər B. Mandjiyev qarşılıqlı qastrol səfərlərinin uğurundan danışaraq təqdim etdiyi maraqlı tamaşalar, sərgi və konsert proqramı üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə və kollektivə təşəkkürlərini bildirmiş və hədiyyələrini təqdim ediblər.

Sonda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatının direktoru Mübariz Həmidov, teatrın baş rejissoru Bəhram Osmanov və quruluşçu rəssam Elşən Sərxanoğlu çıxış edərək göstərilən isti münasibətə görə öz dərin minnətdarlıqlarını bildirmiş, Rusiya və Azərbaycan Teatrları arasındakı qarşılıqlı yaradılıcıq əlaqələrinin bundan sonra da davam edəcəyini vurğulayaraq, öz hədiyyələrini teatrın rəhbərliyinə təqdim etmişlər.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi